Qadin.NET / Kəsmikli tort (foto resept)

Kəsmikli tort (foto resept)

Tərkibi:

Muss üçün:

  600 q kəsmik

25 ml süd

3 ədəd yumurtanın sarısı

100 q şəkər tozu

100 q ağ şokolad

200 ml qaymaq (35%-lik)

1 paket vanilin

3-4 ədəd banan

100 q "Möcüzə" paket yağı

1 paket jelatin

Biskvit üçün: 

2 ədəd yumurta

40 q ələnmiş un

50 q şəkər tozu

 1/2 ç.q. qabartma tozu 

Üzəri üçün:

100 q ağ şokolad

1/2 ç.q. jelatin

 25 ml su

25 ml süd

Limon şərbəti (biskviti islatmaq üçün):

80 ml su

1 ədəd limon

 200 q şəkər tozu

Hazırlanması:

Əvvəlcə yumurtanın ağını sarısından ayırın. Ayırdığınız ağları mikser qabına tökün və şəkər tozunun yarısını əlavə edin. İndi isə mikseri işə salırıq. Yumurta ağlarını köpüklənənədək çalırıq. İndi isə yumurta sarısını və qalan şəkər tozunu köpüklənənədək çalırıq.  Hər iki çalınmış kütləni birləşdirin, sonra da un və qabartma tozunu bir yerdə qarışdırıb  çalınmış kütləyə əlavə edin. Tort qabına yerləşdirib 170 dərəcə isidilmiş sobada 30 dəqiqə bişməyə qoyuruq. 

Kəsmikli tort (foto resept)

Sonra biskviti soyumağa qoyuruq.

  Kəsmikli tort (foto resept)

İndi isə yumurtanın sarısı ilə şəkər tozunu və südü əlavə edib qarışdırın. Sonra bu qarışığı vam odda bişirin (qarışdıra-qarışdıra), bir az qatılaşana qədər bişirin.

Kəsmikli tort (foto resept)

İndi isə həmin bişmiş yumurta sarısına ağ şokoladı əlavə edirik. 

Kəsmikli tort (foto resept)

Şokolad əriyən kimi altını söndürün ki, soyusun, arabir qarışdırın. Soyumuş kütləyə yağ əlavə edirik. 

Kəsmikli tort (foto resept)

Qaymağı mikserlə yaxşıça çalıb üstünə 2 x.q şəkər tozu və 1 ədəd vanilin əlavə edib çalın.  Sonra çalınmış qaymağın üzərinə tənzifdən süzülmüş kəsmik əlavə edin və yenə mikserlə çalın.

Kəsmikli tort (foto resept)

Mikserlə yaxşıça çalırıq. Kremin hazır görünüşü belə olmalıdır.

Kəsmikli tort (foto resept)

İndi isə keçirik jelatini hazırlamağa. Əvvəlcə bir qaba bir az su töküb üzərinə 1 paket  jelatini əlavə edin.  İndi islanmış jelatini su hamamında əridin. Bu ərəfədə biz iki çalınmış kütləni birləşdiririk və bu ərinmiş jelatini də əlavə edib, mikserlə qarışdırdırıb, keçirik biskvitə.

Kəsmikli tort (foto resept)

Biskvitin yerini hazırlayırıq: Bu ola bilər ya kapron üzük forması, salat üçün ya da tort bişirmək üçün dəmir halqa. Şəkildəki kimi qoyuruq və içinə qida üçün olan sellofandan səririk. Biskviti də içinə qoyuruq. 

Kəsmikli tort (foto resept)

Biskviti limonlu şirə ilə isladın.  Mikserdə qarışdırdığımız kremin yarısını biskvitin üzərinə çəkin. İndi isə banani təmizləyib, doğrayib, kremin üzərinə düzürük (şəkildəki kimi).

Kəsmikli tort (foto resept)

Qalan kremi də bananın üzərinə çəkin və soyuducuya qoyun ki, jelatin bərkisin.

Kəsmikli tort (foto resept)

İndi isə jelatini 15 ml su ilə islağa qoyuruq və bir az sonra su hamamında əridirik.

Kəsmikli tort (foto resept)

Bu ərəfədə ağ şokoladı südlə əridin (vam odda).

Kəsmikli tort (foto resept)

İndi isə ərinmiş ağ şokoladla jelatini birləşdiririk.

Kəsmikli tort (foto resept)

Hazır jelatinli kremi tortun üzərinə yayırıq. Zövqə görə bəzək vurub süfrəyə verə bilərsiniz. İndi isə şokoladı bıçaq vasitəsi ilə sıyırıb tortun üzərinə qoyun.
Kəsmikli tort (foto resept)
 Tortu soyuducuya qoyun ki, əriməsin.
Kəsmikli tort (foto resept)
Nuş olsun!
Kəsmikli tort (foto resept)

(Tərcümə edilib)

7 noyabr 2014
GO BACK