Qadin.NET / Xaşxaşlı, limonlu tort (foto resept)

Xaşxaşlı, limonlu tort (foto resept)

Biskvit üçün:

3 ədəd yumurta

90 q şəkər tozu

90 q un

Xaşxaşlı biskvit üçün:

40 q şəkər kirşanı

40 q xaşxaş

1 ədəd yumurta

1 yumurtanın sarısı

2 yumurtanın ağı

10 q "Möcüzə" paket yağı

10 q un

Krem üçün:

1 ədəd yumurta

1 yumurtanın sarısı

140 q limon şirəsi

100 q şəkər tozu

1 ç.q nişasta

200 q kəsmik

Sirop üçün:

Yarım limon

50 q şəkər tozu

120 q su

İsveçrəsayağı meranqa üçün:

2 yumurtanın ağı

120 q şəkər kirşanı

1 paket vanilin və ya 1 çay qaşığı yarısı vanil ekstratı

Hazırlanması:

Sobanı əvvəlcədən isidin (2000 C-də). Diametri 20 sm olan formanı yağlayıb unlayın. Əvvəlcə biskviti hazırlayın. Bunun üçün yumurta sarılarını şəkər tozunun yarısı ilə qatı ağ köpük əmələ gələnə qədər çalın. Başqa bir qabda isə yumurta ağlarını köpük əmələ gələnə qədər çalın. Sonra isə yerdə qalan şəkər tozunu da əlavə edib parıltılı ağ rəngli məhlul alınana qədər mikserlə çalın. Yumurta ağı ilə sarısı olan məhlulları bir-birinə qarışdırın.

Bu qarışımın üzərinə ələnmiş un əlavə edərək qaşıqla asta qarışdırın. Asta qarışdırmaq ona görə lazımdır ki, köpüklər yox olmasın.

Xəmiri qabaqcadan yağlanıb unlanmış formaya tökün. 200°РЎ-də 25-30 dəqiqə ərzində bişirin. Bişəndən sonra soyudun və bir neçə saat kənarda saxlayın.

Xaşxaşlı biskviti hazırlamaq üçün əvvəlcə xaşxaşı qəhvə üyüdəndə yaxşıca üyüdün. Xaşxaşlı biskvit üçün lazım olan iki yumurta ağından başqa bütün ərzaqları qatıb çırpma teli ilə qarışdırın. Yağı əritsəniz, yaxşı olar.

Yumurta ağlarını kənarda köpüklənənə qədər çalıb ehmalca xaşxaşlı xəmirə əlavə edin və az olmaq şərtilə qarışdırın.

 

 

Listə yağlı kağız sərin. Listin kənarlarını isə yağlayıb unlayın. Sonra isə xəmiri listə tökün və 180°РЎ-də 20 dəqiqə bişirin. Biskvit bişəndən sonra onu elə listin içində soyudun. Sonra piştaxtaya yağlı kağız (kalka) sərin və listi o kağızın üzərinə tərsinə qoyun. Biskvit özü kağızın üzərinə düşəcəkdir.

 

 

İndi isə siropu hazırlayın. Bunun üçün su ilə şəkər tozunu qatın və qaza qoyun. Su qaynayanda yarım limonun suyunu (istəyə görə limonun sayını artıq da etmək olar) sıxıb onun üzərinə əlavə edin. Sonra isə siropu özünü tutması üçün bir neçə saat kənarda saxlayın. 

 

 

İndi isə kremi hazırlayın. Yumurta, yumurta sarısı, şəkər tozu və limon şirəsini, eləcə də bir ədəd limon sedrasını qarışdırın və bu qarışımı otaq temperaturunda bir saat saxlayın. Bu bir saat ərzində isə onu tez-tez qarışdırın ki, şəkər tozu həll olsun. Bu qarışımı bir neçə saatdan sonra bir qazana ələkdən keçirərək tökün. Sonra isə üzərinə nişasta əlavə edin və səliqə ilə və yaxşıca qarışdırın. Asta xodlu odda qaynayana qədər saxlayın və qaynara gələndə bir dəqiqə ərzində saxlayın ki, krem qatılaşsın. Hazır kremin üzərini qida sellofanı ilə bağlayın, soyudun. Soyuyandan sonra isə soyuducuya qoyun. Bu kremdən iki yemək qarışı ayırın. Limonlu kremimiz hazırdır.

 

Soyuq kəsmiyi ələkdən keçirin. Kəsmiyi çalarkən üzərinə ayırdığınız limonlu kremi əlavə edin və qarışdırın. Kəsmikli kremimiz də hazırdı.

 

 

Artıq tortu tam hazırlamaq zamanıdır. Biskviti ortadan iki hissəyə kəsin. Alınan hər iki biskvitə limonlu sirop çəkin. Altda qalan biskvitə kəsmikli kremin yarısını çəkin.

 

 

Sonra isə onun üzərinə xaşxaşlı biskviti qoyun. Bu biskvitin üzərinə isə yerdə qalan kəsmikli kremi çəkin. Onun da üzərindən sirop çəkilmiş biskviti qoyun və üzərindən nazik qat limonlu krem çəkin. Siropu biskvitlər yumşaq olsun deyə çəkirik. Bundan sonra tortu soyuducuya qoyun.

 

 

İsveçrəsayağı meranqa üçün yumurta ağı ilə şəkər kirşanını su hamamında qarışdırın. Qatı bir qarışım alınana qədər qarışdırın. Qazın odu zəif olsun. Üzərinə vanil əlavə etməyi də unutmayın. Hazır tortun üzərinə meranqanı çəkin. Əvvəlcə ortasına qalın təbəqə çəkin. 

Sonra isə yerdə qalan meranqanı tortun üzərinə əlavə edin və onu tortun üzərinə eləcə də kənarlarına bərabər miqdarda yayın (elə edin ki ortadakı qalın çəkilmiş kremin qalınlığına xələl gətirməyin). Sonra isə bir çəngəlin və ya bıçağın köməkliyi ilə kremə dalğalı naxışlar verin.  İsveçrəsayağı meranqa qaldıqca daha da qatılaşır və onu torta çəkmək çətinləşir. Ona görə də onu tez-tez çırpma teli ilə qarışdırın ki, yumşaq və rahat çəkilən olsun.

 

 

Hazır tortu 2-3 dəqiqə qaynar sobanın içinə qoyun və çıxarın və ya mətbəx üçün işlədilən kiçik od verənlərdən istifadə edərək tortun üzərinə od verə bilərsiniz. Bu proses üzərinin kremi bir qədər rəngini dəyişsin deyə lazımdır. Ona görə də bunu etməsəniz də, olar. 

Tortumuz hazırdır. 

Xaşxaşlı, limonlu tort (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

25 oktyabr 2014
GO BACK