Tərkibi:
4 ədəd yumurta
120 q şəkər tozu
90 q ələnmiş un
20 q nişasta
15 q kakao
1 çimdik darçın
30 q "Möcüzə" paket yağı
İç üçün:
400 q dondurulmuş albalı
200 ml su
200 q şəkər tozu
1 çimdik darçın
Krem üçün:
250 q qaymaq (30-35%-lik)
1 paket vanilin
80 q qara şokolad
Üzərı üçün:
250 q qaymaq
1 ç.q şəkər kırşanı
150 q şokolad
Hazırlanması:
Əvvəlcə dondurulmuş albalıları bir qaba yığın ki,donu açılsın. Sonra üzərinə darçın səpin
İndi isə şirə hazırlayın:
200 qr. şəkər tozunun üstünə 200 ml. qaynar su əlavə edib qarışdırın.
Hazır qarışmış şirəni albalının üstünə tökün və bir neçə saat saxlayın.
Bu ərəfədə xəmiri hazırlayaq.
4 ədəd yumurtanın sarısı və 60 q. şəkər tozunu mikserlə köpüklənənədək çalırıq.
İndi isə mıkserlə yumurtanın ağlarını köpüklənənədək çalırıq.
Bu ərəfədə şəkər tozunu əlavə edib yenə çalırıq.
İndı isə yumurtanın sarısı ilə ağını birləşdiririk.
Unutmayın, bu ərəfədə mikserdən istifadə etməyəcəyik.
İndı isə unu, nışastanı, darçını və kakaonu qarışdırıb əlavə edirik.
Çox ehtiyyala qarışdırın.
İndi isə ərinmiş yağı əlavə edirik.
Bır daha yaxşıça qarışdırın.
Qabı yağlayıb unlayırıq, hazır xəmırı qaba tökürük.
200 dərəcədə isidilmiş sobada 25-30 dəqiqə bişməyə qoyuruq.
Biskvitimiz hazır olduqdan sonra soyumağa qoyuruq.
İndı isə keçirik kremin hazırlanmasına.
Əvvəlcə bır qazana qaymağı tökün sonra vanil əlavə edin.
Vam odda qarışdıra-qarışdıra qaynadın.
Möhkəm qızanda, tünd şokoladı əlavə edın.
İndı isə mikseri işə salırıq, köpüklənənədək çalırıq.
Biskiviti bıçaq vasitəsi ilə üç hissəyə bölürük.
Bu ərəfədə albalıları süzgəcə qoyun və diqqət edin ki, şirə təmiz bir qaba axsın (lazım olacaq).
Biskvitin ilk hissəsini 5-6 qaşıq həmin albalılı şirə ilə isladın.
Kremdən bir qədər götürüb dairə formasındabiskvitə çəkin. Dairə kənarlarına albalı düzün.
Albalının üzərindən yenə krem çəkin.
Eynı qayda ilə biskvitin 2 -ci və 3-cü hissələrini də isladın. İkinci hissənin üzərindən də albalı və krem çəkin.
Qaymağı mikserlə yaxşıça çalıb şəkər kirşanı əlavə edin.
Kremnən bır qab saxlayın ki, tortun üzərini bəzəyə biləsiz.
Mikserdə qarışdırdığımız qaymağı biskvitin üzərinə və yanlarına çəkirik.
İndı isə, şokoladı bıçaq vasitəsi ilə sıyırın.
Yada kı, sürtgəcdən keçirin.
Və soyuducuya goyun ki, əriməsin.
Zövqə görə bəzək vurub süfrəyə verə bilərsiz.
Nuş olsun!
(tərcümə edilib)