Qadin.NET / "Çiyələk Mussu" tortu(foto resept)

"Çiyələk Mussu" tortu(foto resept)

Tərkibi:

Biskvit üçün: 
 3 ədəd yumurta (ağları və sarıları ayrı)
 135 q şəkər tozu 
 125 q un
Muss üçün:
350 q çiyələk (Çiyələk sezonu olmayanda dondurulmuşu da olar)
 500 q maskarpone pendiri
 450 ml yağlı qaymaq (30% və ya ondan artıq)
 100 q şəkər tozu 
 100 q şəkər kirşanı 
 15 q jelatin

Bəzək üçün:
50 ml yağlı qaymaq

15 q şəkər kirşanı
 200 q çiyələk
  1 paket tort üçün olan adi jele (Dr.Oetker)
 1 y.q şəkər tozu

Hazırlanması: 

"Çiyələk Mussu" tortu(foto resept)

 Əvvəlcə biskviti hazırlayaq. Bunun üçün yumurtanın ağını yaxşıca çalırıq və üzərinə çala-çala az-az şəkər tozu əlavə edirik.

"Çiyələk Mussu" tortu(foto resept)

Çalmağı dayandırmırıq və yumurtaların sarısını da az-az əlavə edirik. Sonra isə mikseri söndürürük. Qarışımın üzərinə az-az un əlavə edirik və xəmiri qaşıqla aşağıdan yuxarı doğru ehtiyatla qarışdırırıq.

"Çiyələk Mussu" tortu(foto resept)

 Alınan xəmiri formaya töküb 200 dərəcədə qızdırılmış sobada 20-25 dəqiqə bişiririk. Biskvit bişən müddətdə sobanın qapısını açmaq olmaz. Hazır biskviti soyutduqdan sonra iki bərabər hissəyə bölürük. Kənarlarından da bir qədər kəsirik ki, tortumuz səliqəli alınsın.

"Çiyələk Mussu" tortu(foto resept)

 Muss üçün yuyub quruladığımız çiyələyi blenderdə şəkər tozu ilə qarışdırırıq.

"Çiyələk Mussu" tortu(foto resept)

Bir rezin spatula ilə maskarponeni çiyələkli qarışıma əlavə edirik və qarışdırırıq. Çırpma teli ilə də qarışdıra bilərik. Amma diqqətli olun, bu qarışımı çırpmaq yox qarışdırmaq lazımdır.

"Çiyələk Mussu" tortu(foto resept)

 Jelatini qabının üzərində yazıldığı kimi soyuq su ilə yumşalıdırıq. Sonra isə qaynama (ərimə) temperaturuna gələn 50 ml qaymağın üzərinə əlavə edirik. Kənarda 5 dəqiqə saxladıqdan sonra bu qarışımın üzərinə 2-3 y.q maskarponeli qarışımı əlavə edirik və qarışdırırıq. Sonra isə bu qarışımın hamısını pendirli qarışıma əlavə edib yaxşıca qarışdırırıq. 
Yerdə qalan digər qaymağı isə şəkər kirşanı ilə qarışdırırıq.

"Çiyələk Mussu" tortu(foto resept)

 Ehtiyatla pendirli-giləmeyvəli qarışım ilə qarışdırırıq.

"Çiyələk Mussu" tortu(foto resept)

 Biskviti kənarları bağlı bir qaba qoyuruq. Uzununa iki yerə bölünmüş perqament kağızını şəkildə gördüyünüz kimi birləşdiririk və biskvitin üzərinə qoyuruq. Biskvitin üzərinə hazırladığımız mussu əlavə edirik. Perqament mussun kənarlara axmasının qarşısını alacaqdır.

 Digər biskviti isə bu mussun üzərinə qoyuruq.
Tortumuz hələ ki, hazır deyil. Onu ən az 5 saat soyuducuda saxlayırıq. Bir gecə qalsa, lap yaxşı olar. Tortdakı muss donanda tortu formadan çıxarırıq və perqamenti də kəsib atırıq. Tortun üzərini saxladığımız muss ilə örtürük. 50 ml qaymağı şəkər kirşanı ilə qarışdırırıq və alınan qarışımı tortün üzərin çəkirik. Sonra isə kəsilmiş çiyələklərlə bəzəyirik. Tort üçün olan jeleni isə jelenin qabının üzərində yazıldığı kimi hazırlayırıq və onu çiyələklərin üzərindən torta əlavə edirik.
"Çiyələk Mussu" tortu(foto resept)
Tortumuz hazırdır.
"Çiyələk Mussu" tortu(foto resept)
Nuş olsun!
(Tərcümə edilib)
30 iyun 2014
GO BACK