Qadin.NET / Qaymaqlı-meyvəli tort (foto resept)

Qaymaqlı-meyvəli tort (foto resept)

Tərkibi

Ağ biskivit üçün

4 ədəd yumurta

180 qr şəkər tozu

100 qr un

1 x/q nişasta

1 x/q  bitki yağı

1 x/q qabartma tozu

1 paket vanilli şəkər

 

Kakaolu biskivit üçün

4 ədəd yumurta

200 qr şəkər tozu

80 qr un

1-2 x/q kakao

1 x/q nişasta

 

Krem

450 qr qaymaq 30-33%

300 qr kəsmikli pendir

180  200 qr qatılaşdırılmış süd

 

Bəzək üçün

Konservləşdirilmiş şaftalı və ya ərik

150 qr çiyələk

2-3 ədəd kivi

10 qr jelatin ( aqar )

Badam

 

Hazırlanması

Yumurta  sarısı  şəkər tozunun yarısı ilə çalınır. Üzərinə un, nişasta, qabartma tozu, vanilli şəkər əlavə edib qarışdırılır.

Bitki yağı əlavə edilib yenidən qarışdırılır. Yumurta ağı yerdə qalan şəkər tozu ilə çalınaraq, ehmalca qarışığa əlvə edilib qarışdırılıb yağlanmış formaya əlavə edilib, hazır olana qədər sobada bişirilir.

 

 

Kakaolu biskivitdə eyni qayda ilə hazırlanıb bişirilir

Kremi hazırlamaq üçün əvvəlcə kəsmikli pendirlə qatılaşdırılmış süd çalınır ( istəyə görə şəkər tozu da əlavə etmək olar )

Qaymaq çalınır

Çalınmış qaymağı az-az ehmalca kəsmikli kremə əlavə edərək çalınır

Ağ biskivit iki hissəyə bölünür, biri kremlənilir

Kakaolu biskivit iki barmaq enliyində dairə şəklində doğranılır, kremlənmiş biskivitin üzərinə qoyularaq bolluca kremlənilir

Şəkildə gördüyünüz kimi araları bolluca kremlənib yığılır

 

Üzərinə krem yayılıb, yerdə qalan biskivit üzərinə qoyulur

 

Tort hərtərəfli kremlənilir və 1-2 saat soyuducuda saxlanılır

Tortun qıraqlarına nazik doğranmış kivi dilimləri düzülür

Tortun qıraqlarında boş qalan yerlərə xırdalanmış badam səpilir

Tortun üzərinə konserivləşdirilmiş şaftalı süzülüb, dəsmal üzərinə düzülür. Suyu tam çəkildikdən sonra,

 çiyələk dilimləri ilə birlikdə zövqünüzə uyğun bəzəyə bilərsiniz.

Konservləşdirilmiş şaftalı suyunu jelatin və ya aqatla hazırlayıb totun üzərindəki meyvələrin üzərinə çay qaşığı ilə ehmalca əlavə edilir.

Kivinin üzərinə fırça ilə çəkilir.

Tortu zövqünüzə uyğun da bəzəyə bilərsiniz

 

Nuş olsun!

                                                                                                                  ( tərcümə edilib )

27 avqust 2013
GO BACK