Tərkibi:
4 ədəd yumurta
1 ml limon suyu
150 qr şəkər pudrası
200 q şəkər tozu
2 stəkan qoz ləpəsi
200 ml süd
200 qr "Wellington" kərə yağı
100qr kakao
70-80% -lik qara şokolad
40 ml konyak
Hazırlanması:
Əvvəlcə 4 yumurtanın ağı limon suyu ilə köpüklənənə qədər çalınır.
Sonra şəkər pudrası yavaş-yavaş əlavə edilib çalınır.
Bu qarışıq tam ağarana və yumşaq olana qədər çalınmağa davam edilir. Daha sonra xırdalanmış qozu qarışığın içinə əlavə edirik.
Hazırlanmış kütləni yağlı kağızın üzərinə şpris və ya krem torbası vasitəsi ilə ehmalca şəkildə göründüyü kimi qoyulur və sobada 2 saat 100 dərəcədə saxlanılır.
İndi isə kremi hazırlayaq: Qalan 4 yumurta sarısını, süd və şəkər tozunu əlavə edərək yaxşıca qarışdırılır.
Bu qarışığı vam xodda və ya su buxarında qarışdıra-qarışdıra azca qaynamağa başlayana qədər saxlayırıq.
Yumşalmış yağı şəkildə göründüyü kimi çalınır.
Soyumuş krem qarışığını yumşaldılmış yağın üstünə əlavə edib yenidən tam krem halına gələnə qədər qarışdırılır.
Şokoladı buxar vannasında əridib kremin üzərinə elavə edib çalınır. Daha sonra 40 ml konyakı qarışımın üzərinə əlavə edib çalınır və soyuducuya qoyulur.
Hazırlanmış kremi bezelərin alt hissəsinə sürtüb bir-birinin üzərinə qoyaraq piramida şəklinə salırıq. 2 saatdan çox olmamaq şərti ilə soyuducuda saxlanılır. Tortumuz hazırdır.
Nuş olsun!