Qadin.NET / Eskimo tortu (foto resept)

Eskimo tortu (foto resept)

 

Tərkibi:

Yumurta 8 əd

Şəkər tozu 2 st 

Su 15 ç.q

Un 1,5 st

Vanil

Qabartma tozu

Krem üçün:

Süd 2 st

Şəkər tozu 1,5 st

Un 4 x. q

 Yağ 250 qr

Hazırlanması:

Yumurtanın sarısını agindan ayırırıq.

 

Eskimo tortu (foto resept)


Üzərinə şəkər tozu əlavə edib, yaxşica çalırıq, üzərinə su əlavə edib yenə çalırıq. Sonda qabartma tozu və vanilin əlavə edib qarışdırırıq.

Eskimo tortu (foto resept)


Sonra ayrı qabda yumurtanın ağını mikserlə beze halına gələnə qədər çalırıq.

 

 

Eskimo tortu (foto resept)


Xəmirin üstünə əlavə edib, asta-asta qarışdırırıq. Sonra listə  kalka sərib, yağlayiriq.Xəmiri əlavə edib qoyuruq bişməyə.

 

Eskimo tortu (foto resept)
 Südü qaynadırıq, sonra şəkər tozu ilə unu 1 qabda qarışdırıb südə əlavə edirik, tez-tez qarışdırmaq lazımdır ki, topa-topa qalmasın. Bişdikdən sonra qoyuruq soyusun. Soyuduqdan sonra yağı əlavə edib mikserlə yaxşıca çalırıq. Vanil də əlavə etmək olar.

 

Eskimo tortu (foto resept)


Üzərini də istədiyimiz kimi bəzəyirik.

 

 

Eskimo tortu (foto resept)

 

 

Nuş olsun!

19 sentyabr 2010
GO BACK