Qadin.NET / Napoleon tortu

Napoleon tortu

Tərkibi:

Testa üçün:
6 su stəkanı un
600 qram marqarin yağı
1stəkan su
1 yumurta
vanil.kabartma tozu

Napoleon tortu


Krem üçün:
3oo qram kərə yağı
2 stəkan süd
1 banka qatılaşdırılmış şirin süd (skuşonıy)
2 xörək qaşığı un
1 stəkan şəkər tozu
Vanil

Napoleon tortu

 

Hazırlanması:

Birinci testa üçün nəzərdə tutulmuş ərzaqlar böyük ,dayaz bir qaba yaxşı olarki xəmir yaymaq üçün olan taxtanın üstünə şəkildəki qayda ilə yerləşdirilir.Yəni unun ortasında oyuq düzəldib yumurta,yağ ,su və digərləri buraya əlavə olunur.

Napoleon tortu


Ərzaqları mətbəx baltasıyla döyəcləməyə başlayırıq.Prosesi ərzaqlar tamam qarışıb xəmir halına gələnədək davam etdiririk.Qəti əllə qarışdırmaq olmaz.
Şəkildəki xəmir alınır.Xəmirin içində yağ parçalarının qalmamasına diqqət edin

Napoleon tortu

 

Napoleon tortu


Alınmış xəmirdən balaca kündələr düzəldirik.Kündələrin sayını tortu bişirəcəyiniz qabdan asılı oaraq təyin edə bilərsiniz.Yuxaların nazik olacağını nəzərə alın.Əgər qabınız böyükdürsə bu kutlədən minimum 13 kündə düzəldə bilərsiniz.Kiçik ölçülü qablarda bişirəcəksinizsə kündələrin həcmii balacalaşdırıb sayını artıra bilərsiniz
Kündələri soyuducuya qoyub ən azı 1 saat gözlətmək lazımdır.Bu vaxt ərzində kremi hazırlaya bilərik.

Napoleon tortu


Əvvəlcə un,süd və şəkər tozunu qarışdırıb asta odun üzərində bişirməyə başlayırıq

Napoleon tortu


Qaynamağa başlayan kütlənin içərisinə 50 qram yağ əlavə edib,daha 5-10 dəqiqə qarışdıra-qarışdıra bişiririk.

Napoleon tortu


Alınmış horranı hərdən qarışdırmaq şərtilə soyumağa buraxırıq

Napoleon tortu


Qalan 250 qram yağı yumşaldıb xırda-xırda doğrayırıq

Napoleon tortu


Mikserlə qarışdırıb üzərinə asta-asta skuşonıyı əlavə edirik.Kremin 2ci hissəsi də artıq hazırdır

Napoleon tortu

 

Napoleon tortu


İndisə tamam soyumuş 1ci kremlə 2ci kremi biri-birinin üzərinə əlavə edib vanil vururuq və kremi sərin yerə qoyuruq

Napoleon tortu


Kündələri soyuducudan çıxarıb adi qayda ilə nazik yuxa halına gətiririk.Duxovkada 200 dərəcədə azca qızarana kimi bişiririk.adətən bişmə muddəti 3-5 dəqiqə arasıda olur.Quru, azca qızarmış yuxaları soyuduruq.Sonra aralarına hazırladığımız kremi yaxmaqla biri-birinin üzərinə qoyuruq.

Napoleon tortu


Yuxanın birini və digərlərinin də nahamar kənarlarından kəsdiyimiz parçaları ovuntu halına salırıq.
Bu ovuntu ilə tortumuzun ətrafını və üzərini hamarlayıb bəzəyirik

Napoleon tortu


Tortu 3-4 saat daha yaxşı olarki bir gün sərin yerdə və ya soyuducuda saxlayırıqkı kremi yaxşıca canına çəksin.
Qızımın adgünü tortu çox dadlı alındı.Amma Cavidanım şirniyyatı sevmediyi üçün öz payını da çox sevdiyi babasına verdi.Hamınıza nuş olsun!

Napoleon tortu
23 avqust 2010
GO BACK