Qadin.NET / Bananlı tort (foto resept)

Bananlı tort (foto resept)

Tərkibi:

İkiyə bölünmüş hazır biskvit (Mənim istifadə etdiyim biskvitlər aşağıdakı şəkillərdə göstərilib.)
1 su stəkanı süd
Kremi üçün:
3 su stəkanı süd
2 yumurta sarısı
3 yemək qaşığı un
3 yemək qaşığı şəkər
1 yemək qaşığı nişasta
1 yemək qaşığı kərə yağı
1 paket vanil
Şokaladlı sos:
Hazırlanması:
Bananlı tort (foto resept)

 

Bananlı tort (foto resept)


Əvvəlcə biskvitlər ayrı-ayrı qablara qoyulur.

Bananlı tort (foto resept)



Sonra biskvitləri islatmaq üçün 1 su stəkanı süd geniş bir kasaya tökülür.

Bananlı tort (foto resept)


Və yemək qaşığı ilə biskvitlər ikisi də eyni miqdarda yavaş-yavaş isladılmağa başlanır.

Bananlı tort (foto resept)

 

Bananlı tort (foto resept)

 

Bananlı tort (foto resept)


Tort üçün kremi ev üsulunda hazırlayırıq.Bunun üçün tərkibdə göstərilən vəsaitlərdən un,şəkər,nişasta krem bişirəcəyimiz qaba qoyulur.

Bananlı tort (foto resept)

 

Bananlı tort (foto resept)


Yumurta sarısını isə bu qarışımın üzərinə tökməyə tələsməyin,əvvəlcə onu krem tərkibində
göstərilən bir miqdar südlə çırpın,daha sonra un,şəkər,nişasta qarışımına əlavə edin.

Bananlı tort (foto resept)

 

Bananlı tort (foto resept)


Kremi bişirmək üçün orta atəş üzərinə alın.Yavaş-yavaş plastik çırpıcı ilə qarışdırın.
Niyə şırpıcı ilə,belə olanda kremin tərkibi topaclanmır.Kremin bişməsini qaynamağa başlamasından anlayacaqsınız.

Bananlı tort (foto resept)


Krem bişdikdən sonra içərisinə kərə yağı və vanil qoyub qarışdırırıq və ocağın üstündən alıb başqa yerə qoyuruq.
Qeyd: Krem soyumağa buraxıldıqda unutmadan tez-tez qarışdırın ki, qaymaq bağlamasın.

Bananlı tort (foto resept)

 

Ev üsulunda başqa bir krem hazırlamaq istəyirsinizsə aşağıdakı xəbərə daxil olun:

Ev üsulu şirniyyat kremi


Tam soyumamış,ilıq kremi biskvitlərdən birinin üzərinə çəkirik.

Bananlı tort (foto resept)

 

Bananlı tort (foto resept)


Bir tərəfdən də bananları soyub,halqa-halqa doğrayırıq və səliqə ilə biskvitlərdən birinin üzərinə düzürük.

Bananlı tort (foto resept)

 

Bananlı tort (foto resept)


Sonra digər islaq biskvit bananlar düzüllmüş biskvitin üzərinə ehmallıca örtülür və onun da üzərinə kremin qalanı da çəkilir.

Bananlı tort (foto resept)

 

Bananlı tort (foto resept)


İndi isə növbə gəldi şokalad sosunun hazırlanmasına:
Şəkildə gördüyünüz Ülker markalı İçim şokalad sosunun hazırlanması üçün 2,5 stəkan süd lazımdır.

Bananlı tort (foto resept)


Bişirmə qaydası çox asandır,paketin içindəki tozu südlə çırpıb orta atəşli ocaqda bişirmək lazımdır.
Şokalad sosu da soyuduqdan sonra ağ kremin üzərindən çəkməyə başlayırsınız.

Bananlı tort (foto resept)

 

Bananlı tort (foto resept)

 

Bananlı tort (foto resept)

 

Bananlı tort (foto resept)

 

Bananlı tort (foto resept)


Sonra tortun üzərini zövqünüzə görə bəzəyə bilərsiniz.Bu sos qatı olmadığı üçün üzərinə elə banan halqaları qoydum.

Bananlı tort (foto resept)

 

Bananlı tort (foto resept)


Beləliklə 1 yaş tortumuz hazırdır.

Bananlı tort (foto resept)


Alpay bəbək doğum günü tortunu yeməkdən daha çox üstünə-başına yaxmaq nədir,onu yoxlamış oldu və yuyunmaq üçün bəhanəsi oldu.
Çünki,yuyunmaq onun ən sevimli məşğuliyyətidir. smile

Bananlı tort (foto resept)

 

16 avqust 2010
GO BACK