Tərkibi:
Xəmir:
- 100 qr kərə yağı
- 1 stəkan şəkər tozu
- 3 yumurta
- 3 xörək qaşığı bal
- 1 dolu çay qaşığı soda
- 4 stəkan un + 2 xörək qaşığı
- 1 paket vanilli şəkər tozu
Krem:
- 1,5 banka qatılaşdırılmış süd ("squşonka")
- 200 qr kərə yağı
- 1 paket vanilli şəkər tozu
- 1/2 stəkan qoz
Hazırlanması:
Yumurtanı şəkər tozu ilə yaxşı çalırıq, yumşaq kərə yağını əlavə edirik, qarışdırırıq.
Bal, 2 xörək qaşığı un əlavə edirik, qarışdırırıq.
Sodanı 1 desert qaşığı limon şirəsi ilə söndürürük, xəmirə əlavə edirik, qarışdırırıq.
Xəmiri divarları qalın olan qazanda vam odda qarışdıra-qarışdıra xəmirin həcmi 2 dəfə artana qədər qızdırırıq.
Xəmiri oddan götürürük, 4 stəkan ələnmiş un əlavə edirik, yaxşı qarışdırırıq, xəmir yoğururuq.
Xəmiri 8 hissəyə bölürük, 0,5 sm qalınlığında yayırıq. (Xəmir çox tez quruyur. Bu səbəbdən korjları yayanda qalan xəmiri nəm dəmalla örtün.)
Sobanı qabaqcadan 200 C qədər qızdırırıq, korjları yağ çəkilmiş tavaya qoyuruq, təxminən 5 dəqiqə ərzində bişiririk.
Krem hazırlayırıq. Yumşaq kərə yağını qatılaşdırılmış südlə yaxşı çalırıq, vanilli şəkər tozunu əlavə edirik, qarışdırırıq. Korjların üzərinə qazanın qapağını qoyub dairələr kəsirik. Korjların artıqlarını ovuntu şəkilə salırıq.
Hər korja krem çəkirik, aralarına doğranmış qoz səpirik.
Sonuncu korja krem çəkirik, üzərinə ovuntu tökürük, zövqə gözə bəzəyirik.
Masaya verdikdən əvvəl tortu 8 saat saxlayın.
Nuş olsun!