Tərkibi:
4 ədəd yumurta
1 su st şəkər
2 y/q isti su
1 paket vanil
1 su st duru yağ
1 su st süd
1,5 su st un
1 su st buğda nişastası
3 y/q kakao
1,5 paket qabartma tozu
istəyə görə yarım su st qoz
üstü üçün:
pudra şəkəri
Hazırlanması:
Əvvəlcə otaq istiliyində olan yumurtalara biraz isti su əlavə edin 5-6 dəqiqə çırpın.
Daha sonra şəkəri əlavə edərək, əriyənə qədər çırpımağa davam edin.
Vanil, duru yağ və otaq istiliyində südü də əlavə etdikdən sonra maye içliyi hazır hala gətirin.
Ayrı qabın içində un, nişasta, qabartma tozu və kakao qarışdırın. Ələyərək maye qarışımın içinə əlavə edin.
Çırpdığınız qarışımı yağlanmış keks qabınına alın.
Əvvəlcədə isidilmiş 180 dərəcə sobada orta bölmədə altlı üstlü; ilk 15 dəqiqə sonra 30 dəqiqə 170 dərəcədə bişirin.
Bişən keksi 15 dəqiqə sonra dilimləyərək servis edə bilərsiniz.