Qadin.NET / Damla şirniyyatı (foto-resept)

Damla şirniyyatı (foto-resept)

 

Tərkibi:

 

2 ədəd yumurta (birinin sarısı üstü üçün)

1 çay st manna yarması

1 çay st pudra şəkəri

1 çay duru yağ

1 çay st qatıq

150 qram əridilmiş marqarin və ya kərə yağı

1 paket vanil

1 paket qabartma tozu

1 çimdik karbonat

1 ç/q sirkə

4,5 su st un 

 

İçlik üçün

1 kasa çəkilmiş qoz içi

 

Şərbət üçün:

3 su st şəkər

3.5 su st su

1 neçə damla limon suyu

 

Hazırlanması:

Əvvəlcə şərbət üçün şəkər və su qazana əlavə edilib, orta dərəcədə qaynadılır.

Qaynamağa başladıqda bir neçə damla limon suyu sıxılıb 2-3 dəqiqə sonra altı söndürülüb soyumağa qoyulur.

Manna yarması, pudra şəkəri, qatıq, duru yağ, əridilmiş marqarin (kərə yağı), vanil və sirkə dərin qaba əlavə edilib çırpılır. 1 su stəkanı un və 1 paket qabartma tozu əlavə edilib çırpılır.

Yavaş-yavaş un əlavə edilərən xəmir yoğrulur. Yumşaq olmalıdır.

Xəmirdən qoz böyüklüyündə parçalar alınıb forma verilir. İçinə qoz qoyulub, rulet halında sarılır.

Biraz acıdıqdan sonra iki ucu önə gətirilir və birləşdirilir. Listə düzülür.

Damla şirniyyatı (foto-resept)

Üzlərinə yumurta sarısı çəkib, fındıq qoyulur.

Əvvəlcədən isidilmiş 180 dərəcə sobada qızarana qədər bişirilir.

Bişdikdən 1 dəqiqə sonra şərbəti tökülür. Şərbəti içinə çəkdikdən sonra servis edə bilərsiniz.

Damla şirniyyatı (foto-resept)

4 iyun 2019
GO BACK