Qadin.NET / Badamlı biskuvit (foto resept)

Badamlı biskuvit (foto resept)

 

Tərkibi:

2 ədəd yumurta sarısı

1 ədəd yumurta ağı

1/2 paket marqarin və kərə yağı

1 y/q qatıq (təpələmə)

2,5 su st un

1 su st şəkər

1/2 paket qabartma tozu

50 qram badam (incə döyülmüş)

şəkər üstünə səpmək üçün

 

Hazırlanması

Dərin qabın içinə əridilmiş yağ, qatıq, şəkər və yumurtaları əlavə edərək yaxşıca çırpın.

Daha sonra qalan ərzaqları əlavə edərək yumşaq xəmir əldə edin.

Badamlı biskuvit (foto resept)

5 dəqiqə gözlədikdən sonra qoz böyüklüyündə hissələr alaraq yağlı kağız sərili listə düzün. 

Xəmirlərin üstünə çırpılmış yumurta ağı çəkərək şəkər səpin. Əvvəlcədən isidilmiş 190 dərəcəlik sobada qızarana qədər bişirin.

Badamlı biskuvit (foto resept)

7 dekabr 2018
GO BACK