Tərkibi:
2/3 su st keçi qatığı
2 ç/q qabartma tozu
1/2 ç/q dəniz duzu
2 ədəd yumurta
1 ç/q vanil
1/2 su st kərə yağı (əridilmiş)
1 su st su
2 su st Hindistan qozu şəkəri
2 su st badam unu
Karamel sousu ( resepti aşağıda)
Krem üçün:
500 ml krem pendir
1 ç/q vanil
6 y/q kərə yağı
2,5 su st hindistan qozu şəkəri
Karamel sousu
7 y/q Hindistan qozu şəkərini qızdırdığınız yapışmayan tavada, taxta qaşıqla şevirin. Əridikdə, içinə biraz su və ya hindistan qozu yağı əlavə edib maye halına salın.
Hazırlanması:
Sobada əvvəlcədən isidilir. Kiçik qab götürün və qatıq, qabartma tozu, duz yumurta və vanili bir qabda çırpın.
Daha sonra daha böyük qabda, kərə yağı və suyu qarışdırın. Daha sonra qatıq qarışımını da içinə əlavə edin və yaxşıca qarışdırın.
Hindistan qozu şəkəri və badam unu əlavə edin.
Qarışımı yaxşıca çırpın.
Keks qəliblərini yarısına qədər doldurun və soba listinə düzüb 20-25 dəqiqə bişirin. Kekslər sobada qalxmalı və qızılı rəng almalıdır. Krem və karamel sousunu hazırlayarkən keksləri soyuması üçün qırağa qoyun.
Kremi hazırlamaq üçün: krem pendir, vanil, kərə yağı və Hindistan qoz şəkərini, yumuşaq və qabarıq olana qədər blenderdən keçirin. Daha sonra krem sıxma torbasına doldurun və kekslərin üstünə sıxın.