Qadin.NET / Ərikli piroq (foto resept)

Ərikli piroq (foto resept)

 

Tərkibi:

Xəmiri üçün;

250 qram un

90 qram şəkər

125 qram kərə yağı

1 ədəd yumurta

İç və bəzək üçün;

1 banka ərik (850 ml)

500 qram kəsmik

100 qram şəkər

200 ml krem

4 ədəd yumurta

1 xörək qaşığı nişasta

1 çay qaşığı limon qabığı

Hazırlanması:

Un, şəkər, bir çimdik duzu qarışdırın. Ortasını quyu kimi açıb xırdalanmış yağ, yumurta və 3 xörək qaşığı ilıq su əlavə edin.

 

Ərikli piroq (foto resept)

 

 

Xəmiri bıçaq ilə döymə xəmir edin. Sonra xəmiri 30 dəqiqə soyuducuda saxlayın.

 

Ərikli piroq (foto resept)

 


Kəsmiyi şəkərlə qarışdırın. Sonra bir çimdik duz, krem, yumurta, nişasta və limon qabığını əlavə edin. Hamısını qarışdırın.

 

Ərikli piroq (foto resept)

 


 Xəmiri yayıb yağlanmış listə qoyun. Üzərinə kəsmikli qarışımı yayın. Kəsmiyin də üzərinə əriklərin suyunu düzüb düzün. 40-45 dəqiqə və 200 dərəcədə sobada bişirin. İstəsəniz üzərinə şəkər pudrası da səpə bilərsiniz.

 

Ərikli piroq (foto resept)

 

 

Nuş olsun!

14 iyul 2017
GO BACK