4 nəfərlik
Tərkibi:
325 qram un
20 qram maya
125 ml süd
100 qram kərə yağı
75 qram şəkər
75 qram kişmiş
½ limon qabığı
Hind qozu
3 ədəd yumurta sarısı
45 qram şəkərlənmiş portağal və limon
40 qram xırdalanmış badam
Un formasında badam
Hazırlanması:
Unu ələkdən keçirin. Ortasını quyu kimi açın və maya, isidilmiş süd əlavə edin. Sonra un səpin və 15-20 dəqiqə gözləyin. Yağı əzin. Sonra əzilmiş yağ, şəkər, yumurta sarısı, limon qabığı və bir çimdik qoz əlavə edin. Xəmiri yoğurduqdan sonra 20 dəqiqəliyə isti yerə qoyun.
Şəkərlənmiş portağalı, kişmişi, xırdalanmış badamı xəmirə qatın və yenidən 20 dəqiqəliyinə isti yerə qoyun. Tutumu 250 ml olan 4 formanı yağlayın və un halında olan badamı səpin. Xəmiri 4 hissəyə bölün. Yumru kündələri formanın içərisinə qoyun. 15 dəqiqə saxlayın. Sonra sobada 190 dərəcə 25 dəqiqəliyinə bişirin. Bişməyini taxta çöplə yoxlayın.