Qadin.NET / Armudlu kekslər (foto resept)

Armudlu kekslər (foto resept)

Tərkibi:

Un - 130 - 160 q.

Şəkər tozu - 100 q.

Xama - 150 q. (15 - 20 % - li)

Yumurta - 2 ədəd

Qabartma tozu - 2 ç. q. 

Şokolad - 100 q.

"Best Cow" kərə yağı - 100 q.

Zənçəfil tozu - 1 ç. q. (İstəyə görə)

Armud - 4 ədəd

Hazırlanması: 

 

Əvvəlcə şokolad su hamamında əridilir.

Sonra yumşaq kərə yağı ilə şəkər tozu mikserlə yaxşı qarışdırılır.

Çalınmış yağın üzərinə xama əlavə edirik.

Yaxşı qarışdırırıq.

Sonra üzərinə yumurta əlavə edirik.

Yenə yaxşı qarışdırırıq.
 
Zəncəfil əlavə edilir.
Qarışdırırıq.
Sonra əridilmiş şokolad əlavə edirik.

Daha sonra üzərinə un və qabartma tozu əlavə edib yaxşı qarışdırırıq.

İndi armudları yuyuruq, sonra şəkildəki kimi dilimlənir.
Keks bişirəcəyimiz qabları kərə yağı ilə yağlayırıq. Bir az un səpirik.
Sonra xəmirimizi doldurmamaq şərti ilə əlavə edirik. Çünki kekslərimiz şişməlidir.

Xəmirin üzərinə dilimlənmiş armudları batırırıq, şəkildəki kimi.

180 dərəcədə 20 - 25 dəqiqə bişiririk.

Son da istəyə görə bəzəyə bilərsiniz krem və şokoladla. 

Armudlu kekslər hazırdır!
 
Nuş olsun!
 (Tərcümə edilib)
3 noyabr 2016
GO BACK