Tərkibi:
Yumurta - 1 ədəd
Yumurtanın sarısı - 1 ədəd
"Best Cow" kərə yağı - 125 q.
Qabartma tozu - 1 ç. q.
Şəkər tozu - 100 q.
Armud - 12 ədəd (Çox yekə olmasın)
Darçın - 1 ç. q.
Un - 250 q.
Qoz - 100 q.
Kəsmik - 100 q.
Vanilin - 1/2 ç. q.
Hazırlanması:
Əvvəlcə yumşaq kərə yağı ilə şəkər tozu, kəsmik, yumurta və vanili mikserlə yaxşı qarışdırırıq.
Sonra üzərinə un və qabartma tozu əlavə edib qarışdırıb, xəmir yoğururuq.
Armudlar yuyulur, qabıqları soyulur, ortası açılır, şəkildəki kimi.
Piroqumuzu bişirəcəyimiz qabı kərə yağı ilə yağlayırıq. Bir az un səpirik.
Soyuducudan xəmirimizi çıxarıb, qabın içində əlimizlə yeyirik.
Piroqun xəmirini yağlanmış listə yerləşdirdikdən sonra çəngəllə şəkildəki kimi dəliklər açmaq lazımdır.
Sonra xəmirin üzərinə hazir, soyulmuş armudlar düzülür.
İndi armudların içinə doğranmiş qoz, və 1/2 ç. q. -da şəkər tozu doldurun. Yəni qoz şəkər tozu, sonra yenə də qoz.
Sonra üzərinə darçın səpilir.
İndi xəmirin ikinçi hissəsini yayırıq və armudların üzərini örtürük. Sonra xəmirin üzərinə yumurta sarısı çəkirik.
Piroq 180 dərəcədə 35 dəqiqə hazır olana qədər bişirilir.
Bişmiş piroq sobadan çıxarılıb soyudulması üçün bir kənara qoyulur.
Və son da üzərinə şəkər kirşanı da səpə bilərsiniz.
Və budur, armudlu qozlu piroqumuz hazırdır!
Nuş olsun!
(Tərcümə edilib)