Qadin.NET / Almalı, armudlu piroq (foto resept)

Almalı, armudlu piroq (foto resept)

Tərkibi:

Xəmir üçün:

Yumurta - 3 ədəd

"Best Cow" kərə yağı - 100 q.

Şəkər tozu - 100 q.

Qabartma tozu 1 ç. q.

Badam - 50 q. (üyüdülmüş)

Süd - 2 x. q.

 Vanilin - 1 paket

Un - 170 q.

İçlik üçün:

"Best Cow" kərə yağı - 50 q.

Şəkər tozu - 2 x. q.

Darçın - 1/4 ç. q.

Alma 1 ədəd

Armud - 1 ədəd

Limon - 1 ədəd

 Hazırlanması:

Alma və armudu yuyub şəkildə gördüyünüz kimi xırda - xırda doğrayırıq.
Sonra bir qabın içinə tökün və üzərinə para limonun şirəsini sıxın ki, alma qaralmasın.
Daha sonra tavada kərə yağını əridin, doğranmış alma ilə armudu yağın içinə tökün, qarışdırın.
Üzərinə bir az darçın və şəkər tozu səpirik, yenə qarışdırırıq.
Alma yumşaq olana qədər bişirin, sonra altını söndürün.
İndi badamı blenderdə və ya mətbəx kombaynında üyüdürük.

Başqa bir dərin qabda unu və qabartma tozunu, üyüdülmüş badamla qarışdırın.

Başqa bir qabda yumurtanı ağlı - sarılı bir yerdə mikserlə çalırıq, üzərinə süd və vanil əlavə edirik. 

İndi kərə yağı ilə şəkər tozunu və bir azca darçınla mikserlə yaxşı qarışdırırıq.

Sonra çalınmış yağin üzərinə bir az qarışmış un əlavə edin, qarışdırın, sonra çalınmış yumurta əlavə edin. Yenə qarışdırın. Və beləliklə bu qarışımı beləcə birləşdirin. ( Un + yumurta, un + yumurta...)

 Diametri 23 sm. olan soba qabını azca yağlayırıq və xəmirimizi içinə əlavə edirik.

Sonra doğranmış meyvələri xəmirin üzərinə əlavə edirik və hər tərəfə yayırıq.

180 dərəcədə 40 dəqiqə bişiririk.

Hazır piroqu sobadan çıxardıqdan sonra 20 dəqiqə soyumasını gözləmək lazımdır. Daha sonra servis etmək olar. 

Budur, almalı - armudlu piroqumuz hazırdır! 

Nuş olsun!

 (Tərcümə edilib)
22 sentyabr 2016
GO BACK