Tərkibi:
İçlik üçün:
Alma - 4 ədəd
Qarağat - yarım stəkan
Şəkər tozu - 100 q
Xəmir üçün:
Yumurtanın sarısı - 3 ədəd
Un - 3 stəkan yarım
Qatıq - 1 stəkan
Süd - 1 stəkan
Qabartma tozu - 1 ç. q.
Şəkər tozu - 100 q.
"Best Cow" kərə yağı - 50 qr
Duz - yarım ç. q.
Quru maya - 1 ç. q.
Vanilin - 1 ç. q.
Hazırlanması:
İlk öncə almaları yuyuruq, sonra qabığını soyuruq və xırda - xırda doğrayırıq.
Sonra doğranmış almaları ələyin içinə tökün.
Və üzərinə 100 q. şəkər tozu əlavə edib iki saat saxlayın ki, suyu süzülsün.
İki saatdan sonra almanın üzərinə yuyulmuş qarağatı əlavə edib qarışdırırıq.
İndi xəmiri hazırlayaq:
30 - 40 ml. südün içinə 2 x. q. şəkər tozu, üzərinə quru maya və 100 q. ələnmiş un əlavə edin.
Qarışdırın üzəri örtülərək gəlməsi üçün 30 dəq. kənara qoyulur isti yerə.
Yarım saat sonra qabarmış xəmirə yumurta, şəkər tozu, kərə yağı, vanilin, südün ikinci hissəsi, un və duz qatılır.
Xəmiri iki hissəyə bölürük. Hissələrdən biri böyük olsun, digəri isə bir az balaca.
Böyük hissəsini şəkildə gördüyünüz kimi yayıb açırıq.
Sonra yayılmış xəmiri yağlanmış listə yerləşdirin.
Hazırlanmış içliyi xəmirin üzərinə tökün.
İçliyi xəmirin hər tərəfinə yayın.
Kənarda saxladığınız kiçik xəmirdən isə balaca kündələr kəsin, və əlinizin altında xəmiri şəkildəki kimi edin.
Sonra xəmirin üzərinə ilıq süd çəkin, və 30 dəqiqə kənarda üzəri mətbəx dəsmalı ilə örtülür, isti yerdə saxlayın.
İndi piroqu bişirmək üçün isidilmiş soboya yerləşdirin.
Piroq 1800C - də 30 - 40 dəqiqəyə hazır olur.
Zövgə görə piroq bişdikdən sonra üzərinə şəkər kirşanı da səpə bilərsiniz.
Dadlı piroqumuz hazırdır!
Nuş olsun!