Badamlı kremlə klassik fransız tartını sizinlə bölüşməyə şadam. Tartın hazırlanması sadədir, tərkibində zəngin meyvə var, bişdikdən sonra xoş ətri burunda, gözəl ləzzəti damaqda qalır.
Tərkibi:
150 qr - un
bir çimdik - duz
110 qr "Best Cow" kərə yağı (yumşalmış)
30 qr dondurulumuş su
Badam kremi:
73 qr badam unu
7 qr un
73 qr "Best Cow" kərə yağı (otaq temmeraturunda olan)
73 qr şəkər kirşanı
44 qr yumurta (1 orta boy)
İçlik:
200 qr gavalı (2 böyük ədəd)
200 qr alma (2 kiçik ədəd)
1 limonun şirəsi və qabığı
Bəzək üçün:
1 x.q. ərik cemi
10 qr duzsuz xırdalanmış fıstıq
Hazırlanması:
Diametri 20 sm olan tart üçün:
Əvvəlcə tərkib üçün olan bütün maddələr yaxşıca soyudulmalıdır. Xəmir nə qədər soyuq olarsa, daha tez forma alacaq və bişməsi üçün daha zərif hala gələcək. Xəmiri istəsəniz mətbəx kombaynında, istəsəniz əllə yoğura bilərsiniz. Burda əsas diqqət edəcəyiniz məsələ xəmirlə tez işləməkdir ki, yağ əriməsin. Xəmir hazır olduqdan sonra onu sallofana büküb buzxanaya 20 dəqiqəlik müddətdə qoymaq lazımdır. Tart xəmirini yağlanmış listə yerləşdirdikdən sonra çəngəllə şəkildəki kimi dəliklər açmaq lazımdır.
Tart 180 dərəcə isidilmiş sobada 12-13 dəqiqə bişirilir. Bişmiş tart sobadan çıxarılıb soyudulması üçün bir kənara qoyulur.
Badam kreminin hazırlanması:
Hər iki növ un qarışdırılır. Kərə yağı mikserlə krem halına gələnə qədər çırpılır. Ona şəkər kirşanı əlavə edilərək 2-3 dəqiqə daha çırpılır. Bütün bunlara yumurta da əlavə olunaraq yavaş tempdə qarışdırılır. Badam kremi olan qab streç poşetlə örtülərək 1 saatlıq soyuducuya qoyulur.
İçlik hazırlanması:
Gavalılar iki yerə bölünərək tumları çıxarılır. Nazik dilimlər şəklində kəsilir. Alma da eyni zamanda qabıqları soyulur, dilimlənir. Kəsilmiş meyvə dilimləri limon soku və qabığına bulanır.
Tartın üzərinə badamk kremi qoyulur, ancaq elə etmək lazımdır ki, krem qabdan çox da hündürə qalxmasın, çünki bişmə zamanı daşa bilər. Bundan sonra tartın üzəri gavalı və alma dilimlərindən düzəldilmiş güllərlə bəzədilir.
Ərik cemi sirop olana qədər isidilir. Tart sobadan çıxarılır, fırça köməyi ilə ərik siropu tartın üzərinə sürtülür. Ardında üzərinə xırdalanmış fıstıq səpilir və kənara soyuması üçün qoyulur.
Nuş olsun!
Xarici mənbədən tərcümə edilib