Qadin.NET / Kəsmikli alma piroqu(foto resept)

Kəsmikli alma piroqu(foto resept)

Tərkibi:

Un-200 q

Şəkər tozu- 200q

Yumurta- 3 ədəd

Kəsmik 600 q

Maskarpone pendiri- 200 q

"Best Cow" kərə yağı- 100 q

Qaymaq- 125 ml

Qabartma tozu- 2 paket

Alma- 2 ədəd

Limon-1 ədəd

Portağal- 1 ədəd

Duz

Hazırlanması:

İlk olaraq xəmirimizi hazırlayırıq.

Kəsmikli alma piroqu(foto resept)

200 q kəsmik üzərinə 1 yumurta, 50 q şəkər tozu, kərə yağı əlavə edib mikserlər çalırıq.

Sonra una qabartma tozu və azca duz əlavə edib qarışdırırq. Sonra unu da əlavə edib yumşaq xəmir yoğururuq.

Kəsmikli alma piroqu(foto resept)

Plyonkaya büküb soyuducuya ən az 20-30 dəqiqəlik yerləşdiririk. Xəmirimiz soyuducuda olan müddətdə içliyi hazırlayırıq.

Almaları soyub uzunsov-uzunsov doğrayırıq. Üzərinə 50 q şəkər tozu səpirik.

Kəsmikli alma piroqu(foto resept)

Limonun yarısının suyunu üzərinə sıxırıq. Portağalın da şirəsini üzərinə sıxırıq. odun üzərində 5-7 dəqiqə bişiririk.

Sonra soyumasını gözləyirik.

Kəsmikli alma piroqu(foto resept)

2 yumurtanın üzərinə 100 q şəkər tozunu əlavə edib yaxşıca mikserlə qarışdırırıq.
Sonra 400 q kəsmik, qaymaq, maskarpone pendirini də əlavə edib qarışdırmaq lazımdır.

Xəmiri soyuducudan götürüb yayırıq. Piroqumuzu bişirəcəyimiz qaba yerləşdiririk.

Kəsmikli alma piroqu(foto resept)

İlk almanı əlavə edirik.

Kəsmikli alma piroqu(foto resept)

Sonra kəsmikli püreni əlavə edirik.

Kəsmikli alma piroqu(foto resept)

180 dərəcədə 45 dəqiqə bişiririk.

Kəsmikli alma piroqu(foto resept)

Kəsmikli Alma piroqmuz hazırdır.

Kəsmikli alma piroqu(foto resept)

Nuş olsun!

11 mart 2016
GO BACK