Qadin.NET / Darçınlı, qozlu piroq (foto resept)

Darçınlı, qozlu piroq (foto resept)

Tərkibi:

Un- 1kq

Şəkər tozu- 200 q

Yumurta- 2 ədəd

"Best Cow" kərə yağı- 350 q

Qoz - 150 q

Darçın- 1 ç.q

Vanilin- 1 paçka

Çiyələk cemi- 100 q

Qatılaşdırılmış süd- 100 q

Duz-azca

Qara çörək otu- 1 ç.q

Hazırlanması:

Mayanı 0,5 stəkan isti suya əlavə edirik, üzərinə də 1 ç.q şəkər. Maya həll olur. Xəmirimizi hazırlayırıq.

Darçınlı, qozlu piroq (foto resept)

Unun üzərinə qatılaşdırılmış süd, yumurta, vanil, duz, 5 x.q şəkər tozu, 250 q yumşalmış yağ əlavə edib xəmirimizi yoğururuq. Xəmiri 30 dəqiqə isti yerdə saxlayırıq.

Darçınlı, qozlu piroq (foto resept)

Sonra xəmiri 6 hissəyə ayırırıq. Yenidən 30 dəqiqə isti yerdə saxlayırıq. İçliyimizi hazırlayırıq. Xırda-xırda doğranmış qozun üzərinə darçın və qalan şəkər tozunu əlavə edib yazxşı-yaxşı qarışdırmaq lazımdır. Sonra qalan kərə yağını da əlavə edib qarışdırırıq. Sonra kündələri yayırırıq.

Darçınlı, qozlu piroq (foto resept)

Şəkildə gördüyünüz kimi 8 hissəyə bölürük.

Darçınlı, qozlu piroq (foto resept)

 

Darçınlı, qozlu piroq (foto resept)

Üzərinə içlik əlavə edib, şəkildə gördüyünüz kimi qıraqlarını içəri qatlayıb rulet kimi bükürük.

Darçınlı, qozlu piroq (foto resept)

Piroqumuzu bişirəcəyimiz qabın içinə falqa kağızı qoyub, azca un səpirik və ruletlərimizi düzürük içinə.

Darçınlı, qozlu piroq (foto resept)

Üzərinə çay dəsmalı sərib yenə də 30 dəqiqə isti yerdə saxlayırıq.

Darçınlı, qozlu piroq (foto resept)

Sonra üzərinə yumurta sarısı çəkib, qara çörəkotu səpirik. 180 dərəcədə üzəri qızarana kimi bişiririk.

Darçınlı, qozlu piroq (foto resept)

Piroq bişdikdən sonra sobadan çıxarıb üzərinə çiyələk cemi çəkirik. Dadlı piroqumuz hazırdır!

Darçınlı, qozlu piroq (foto resept)

Nuş olsun! 

5 noyabr 2015
GO BACK