Qadin.NET / Evdə açma (foto resept)

Evdə açma (foto resept)

 Salam saytımızın əziz xanımları bu gün sizə açma reseptini şəkillər və video vasitəsilə anladacağam.

Bir çox   açma  növü  var  evdə bişirilən açma reseptini sizlərə təqdim edirik.  

Tərkibi:

1-st duru yağ

0,5 st. Şəkər tozu

1-paket maya

1-çay qaşığı duz

2-st ilıq süd

"Best Cow" kərə yağı-300 q

1-ədəd yumurta (sarısı üzəri üçün)

Apardığı qədər un

Küncüd

Hazırlanması:

Qeyd etdiyimiz ərzaqlardan başqa özünüz də əlavələr edə bilərsiniz. Məs: zeytun əzməsi, kaşar ispanaq və bu kimi əlavələr qataraq damaq zövqünüzə görə açma bişirə bilərsiniz.

Evdə açma (foto resept)

Açmanın hazırlanması

Əvvəlcə  bir boş qabın içinə ilıq südü tökürük. 

Evdə açma (foto resept)

İlıq  südün üzərinə şəkər  tozu və maya əlavə edib mayanın qabarmasını gözləyirik.

 

Evdə açma (foto resept)

Qabaran mayanın üzərinə duru yağı, duzu, yumurtanın ağnı əlavə edərək qarışdırırıq.

Unu hissə-hissə elavə edirik  ve yumuşaq bir xəmir yoğururuq.   

Evdə açma (foto resept)

Xəmirdən kiçik kündələr düzəldib, əlimizlə yayırıq.   

Evdə açma (foto resept)

Açdığımız xəmirlərin üzərinə yağ çəkirik. 

Evdə açma (foto resept)

Sonra iki xəmiri  hörüb uclarnı birləşdiririk  

Evdə açma (foto resept)

Üzərlərinə yumurtanın sarısını çəkirik. 

Evdə açma (foto resept)

Əvvəlcədən qızdırırılmış 180° sobada bişiririk. 

Evdə açma (foto resept)

Açmamız hazırdır, hər kəsə nuş olsun.

 

 

23 fevral 2016
GO BACK