500 ml süd
1-1,3 kq un
2 ədəd yumurta
200 qr kərə yağı və ya marqarin
150 qr şəkər
2 ç.q darçın
Süd isidilir və maya onun içərisində əridilir.
500 qr un əlavə edilib qarışdırılır.
İsti yerə qoyulur,üzəri örtülür.Xəmirin daha tez gəlməsini istəyənlər isti suyun içərisində xəmiri şəkildəki kimi qoya bilərlər.
Xəmir gələrkən, 2 özü boyda olmalıdır.
Gəlmiş xəmirə şəkər əlavə edilib qarışdırlır.
Ardından yumşaldılmış yağ əlavə edilib qarışdırlır.
Sonra da yumurta əlavə edilib qarışdılır.
Yerdə qalan unu (1-1,3 kq-dan) və ya bir az daha un əlavə edilib təkrar xəmir yoğrulur.
Xəmir yenidən gəlməsi üçün isti yerə qoyulur,50-60 dəqiqə vaxt lazımdır.
İç üçün şəkər və darşın tozu qarışdırılır.
Gəlmiş xəmir 3 hissəyə ayrılır və hər biri 3-4 mm qalınlığında yayılır.
Yayılmış xəmirin üzərinə iç səpilir.
Rulet şəklində bükülür,kənarları yapışdırılır.
Rulet 3-4 sm qalınlığında kündələr şəklində kəsilir.
Hər kündə bıçaqla elə kəsilir ki, kəsik sona qədər olmasın.
Sonra kündə tam açılır.
Kəsilmiş kündə bulkalar yağlı kağız və yaxud yağlanmış duxovka listinə düzülür,
20 dəqiqə daha gəlməsi üçün buraxılır,əvvəlcədən isidilmiş 180 dərəcəlik duxovkada 25-30 dəqiqə bişirilir.
Nuş olsun!
Resept http://www.say7.info/ saytindan tercume olunub.