Qadin.NET / Bananlı bulka(foto resept)

Bananlı bulka(foto resept)

Tərkibi:

600 q un

30 q "Möcüzə" paket yağı

5 q maya

250 ml. süd

4 x.q şəkər tozu

3 ədəd banan

Hazırlanması:

Əvvələcə süd, şəkər tozu, maya unla birlikdə qarışdırılır. İsti yerdə 2-3 dəfə həcmi qalxana kimi saxlanılır.

Bananlı bulka(foto resept)

Bu arada bananı təmizləyirik, blenderdən keçirdib püre halına gətiririk.

Bananlı bulka(foto resept)

Bananlı püreyə bütün ərzaqları qatıb, yumşaq xəmir yoğurub acımağa qoyuruq.

Bananlı bulka(foto resept)

Xəmir tam hazır olduqdan sonra kündələrə ayrılır, üzəri örtülüb bir saat saxlanılır ki, kündələr şişib qalxsın.

Bananlı bulka(foto resept)

200 dərəcədə 20 dəqiqə bişirilir. Qızarana yaxın üzərinə yumurta sarısı çəkilir, bir də peçə qoyulur.

Bananlı bulka(foto resept)

Bananlı bulkalar hazırdır.

Bananlı bulka(foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

19 may 2015
GO BACK