Hazırlanması:
Xəmir üçün:
Un
1 ədəd yumurta
150 q "Best Cow" kərə yağı
1 ç.q quru maya
1 ç.q şəkər kirşanı
Apardığı qədər süd
Bir çimdik duz
İçlik üçün:
500 q badam
500 q şəkər tozu
Hazırlanması:
Badambura Azərbaycanın milli şirniyyatlarından biridir. Hər birimiz bilirik ki, bu şirniyyata dad qatan əsas ərzaq badamdır. Badamı bir gün əvvəldən hazırlasanız, daha gözəl olar. Badamın üzərinə qaynar su tökün. Beləcə qabıqları rahatlıqla təmizlənəcək.
Xəmiri hazırlayın. 1 çay qaşığı mayanı süddə açın.
Burada yarım kq un, yarım çay qaşığı şəkər kirşanı, bir çimdik duz vurulub. Siz də sırf bu tərkibdən istifadə edə bilərsiniz.
Sonra üzərinə 150 qram yağı və bir yumurtanı əlavə edin. Xəmiri yoğurun. Süd lazım olsa, biraz da əlavə edin. Eləcə unu da lazım olduqca əlavə edə bilərsiniz. Xəmir hazır olandan sonra isti bir yerə qoyun.
Sonra isə içliyi hazırlayın. Badamı xırdalayın və şəkər tozu ilə qarışdırın.
Xəmiri 4 kündəyə ayırın. Hər kündəni nazik halda açın.
İstəyən kündənin sayını artıra da bilər.
Lavaşların arasına yağ vurmağı unutmayın. Hər qatı yağlayın.
Xəmiri əvvəlcə uzun-uzun kəsin, sonra isə onu rulet kimi qatlayın. Amma sonacan qatlamayın.
Hər qatladığınız hissədən bir badambura çıxacaq. Ona görə də qatladığınız xəmirin qalınlığına özünüz qərar verin.
Sonra həmin hissələri ovcunuzla basıb yastılayın.
Arasına içlikdən qoyub kənarlarını şəkərbura kənarı kimi bağlayın. 2200C-də 20 dəqiqə ərzində hazır olur.
Hazır badamburaların üzəri qızarmır. Sonra isə üzərinə şəkər kirşanı ələyin.
Nuş olsun!
(Tərcümə edilib)