Qadin.NET / Qozlu bükmə (foto resept)

Qozlu bükmə (foto resept)

Tərkibi:

120 q "Möcüzə" paket yağı (yumşalmış)

3  x. q. qaymaq

1 ədəd yumurtanin sarisi

4 x.q. şəkər tozu

180 q. ələnmiş un

1/4  ç. q. qabartma tozu

 1 cimdik  duz

100 q. çəkilmiş qoz ləpəsi

1/2  ç.q.  darçin

1-2 ç.q. rəndələnmiş portağal qabiği

2 x.q. süd

1  ədəd yumurtanin aği (üzəri üçün)

Hazırlanması:

Qozlu bükmə (foto resept)

Əvvəlcə 100 q. yumşaq yağ və 2 x.q. şəkər tozu mikserlə çalınır.

Sonra yumurtanın sarisini və qaymaği əlavə edirik və çalırıq. 

  Qozlu bükmə (foto resept)

Sonra un, qabartma tozu və duz birlikdə ələnir və çalınmış kütləyə əlavə edilir.

  Qozlu bükmə (foto resept)

Yumşaq xəmir hazırlanır.

 Hazır xəmiri qida üçün olan selofana büküb 1 saat soyuduçuya qoyuruq.

   Qozlu bükmə (foto resept)

İçliyi hazırlamaq üçün, qozu blendirdən keçirib üzərinə yumurta ağı, şəkər tozu,

 20 q. yumşaq kərə yaği, süd  və darçın əlavə edib yaxşı qarışdırırıq. 

Sonra bu içliyi vam odda bişiririk, bir neçə dəqiqə.

 Yəni bir az şəkər tozu əriyib yapişmaq istəyəndə altini söndürün.

Sonra isə, tam soyanda rəndələnmiş portağal qabiğini əlavə edin və bir daha qarişdirin.

   Qozlu bükmə (foto resept)

Xəmiri yayıb dördkünç kəsirik (6 x 4) və içlik qoyub bükürük.

  Qozlu bükmə (foto resept)

Listə kağız sərib üzərinə bükmələr yığılır.

Və  yumurtanin ağini yaxşi çalib üzərinə firça ilə çəkirik, 180 dərəcədə 18 -20 dəqiqə ərzində sobada bişirilir.

   Qozlu bükmə (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)
20 fevral 2015
GO BACK