Qadin.NET / Bakı paxlavası

Bakı paxlavası

Bakı paxlavası

Tərkibi:

 

Əla növ buğda unu  240 q
Ərinmiş yağ  60 q
Üzlü süd  80 q
Yumurta  1 ədəd
Mmaya  8 q
Təmizlənmiş badam və ya qoz ləpəsi 200 q
Şəkər  200 q
Zəfəran  0,4 q
Vanilin  0,2 q
Bal  20 q

Hazırlanması:

Xəmirin yoğrulması və için hazırlanması şəkərburada olduğu kimidir. Xəmir 0,5 mm qalınlığında yayılır. Tavanın dibinə yağ sürtülür və xəmir qatı sərilib üstünə 3-4 mmqalınlığında iç tökülür. Içliyin üstünə ikinci xəmir qatı salınır, yağ sürtülüb yenidən içlik tökülür və bu qayda 8-10 qata qədər davam etdirilir. Sonra paxlava 10x4 sm ölçüdə romb şəklində kəsilir, üst qatına zə`fəran şirəsi qatılmış yumurta sarısı çəkilir. Hər paxlavanın ortasına yarım ləpə və yaxud püstə qoyulur. Paxlavanı 180-2000 C də 35-40 dəq. bişirirlər. Hazır olmağa 15 dəqiqə qalmış üstünə şərbət və yaxud bal tökülür.


Nuş olsun! smile 

 

6 yanvar 2010
GO BACK