Qadin.NET / Albalı piroqu (foto resept)

Albalı piroqu (foto resept)

İçinə əlavə olunan ərzaqlar: 

 

5 yumurta (sarısı)

 

1,5 stəkan şəkər tozu

 

1 stəkan (qab) xama

 

1 paçka kərə yağı (yumşaldılmış)

 

2 xörək qaşığı araq və yaxud konyak

 

1,5 xörək qaşığı duru yağ

 

2,5 stəkan un

 

1 çay qaşığı sirkə

 

1 çay qaşığı soda

 

1 çay qaşığı vanil

 

1 kilo albalı (vişnə) 

 

Bezenin hazılama ərzaqları: 

 

5 yumurta (ağı)

 

1 stəkan şəkər tozu

Hazırlanması: 

 

5 yumurtanın ağını sarısından ayırırıq.Ağını soyuducuya qoyuruq.Yumurtanın sarısının üzərinə1,5 stəkan şəkər tozunu, 1 paçka əridilmiş kərə yağını, 2 xörək qaşığı araq və yaxud konyakı, birdə 1,5 xörək qaşığı duru yağı, 1 çay qaşığı vanil əlavə edib mikserlə çalırıq.Qıraqda 1 çay qaşığı sirkə, 1 çay qaşığı sodanı smetanın içində öldürüb bu qarışığın üstünə əlavə edirik.

Albalı piroqu (foto resept)


 

Sonra isə 2,5 stəkan unu qarışığın üzərinə əlavə edib çalırıq və bizim xəmir hazır olur.

 

Albalı piroqu (foto resept)


 

Sonra sıra albalılara gəlir.Albalının çəyirdəyini əvvəldən təmizləyib suyunu süzülməyə qoyuruq.Tavanı götürüb üzərinə kalka kağızı qoyub albalıları sıx-sıx düzürük.Ya da ərikləri zövqə görə.

 

Albalı piroqu (foto resept)

 

 Sonra xəmiri əlavə edib üzərinə sürtürük və 180 dərəcədə 20-25 dəqiqə bişiririk.

Albalı piroqu (foto resept)


Albalı piroqu (foto resept)

 

 

 Bizim piroq hazır olduqdan sonra sobadan çıxarırıq və onu asta hərəkətlə digər bir qabın içinə tərsinə çeviririk və albalılar üstə çıxır.

 

Albalı piroqu (foto resept)

 

 Bundan sonra kalka kağızını üzərindən götürürük.

Albalı piroqu (foto resept)

 

 Sonra biz bizeni hazırlayırıq.Soyuducudan yumurtanın ağını gotürüb mikserlə çalırıq və qatı bir qarışıq alınır (qabı tərs tutduqda tökülməyəcək dərəcədə olmalıdı)  sonra 1 stəkan şəkər tozunu yavaş-yavaş əlavə edrək çalırıq.

Albalı piroqu (foto resept)


Albalı piroqu (foto resept)

 

 

 Bundan sonra piroqun üzərinə sürtüb daha 4-5 dəqiqəlik sobaya qoyuruq.

Albalı piroqu (foto resept)

 

 

Albalı piroqu (foto resept)

 

Artıq bizim piroq hazırdı. P.S. Bu piroqu ərik ilədə hazırlamaq olar.Nuş olsun...

20 mart 2011
GO BACK