Qadin.NET / Şokoladlı, qozlu piroq (foto resept)

Şokoladlı, qozlu piroq (foto resept)

Tərkibi:

Xəmir üçün:

3 ədəd yumurta

100 q şəkər tozu

50 ml "Möcüzə" duru yağı

150 q ələnmiş un

10 q qabartma  tozu

1 paket vanilin

100 q doğranmiş qoz

4 x.q. kakao

Kəsmikli krem üçün:

1 ədəd yumurta

300 q kəsmik

50 q şəkər kirşanı

30 q vanilli pudinq

200 q dondurulmuş albalı (bəzək üçün)

Şəkər kirşanı və nanə (bəzək üçün)

Hazırlanması:

Əvvəlcə kremi hazırlayın. Kəsmiyi blenderdə xırdalayın ki, yumşaq olsun. İndi isə kəsmiyə şəkər kirşanı, vanilli pudinq və yumurta əlavə edib yaxşı qarışdırın.

Şokoladlı, qozlu piroq (foto resept)

Yumurta və şəkər tozunu mikserlə çalın. Sonra duru yağı əlavə edib yenidən çalın.

Şokoladlı, qozlu piroq (foto resept)

İndi ayrı qabda un, qabartma tozu, kakao və vanili qarışdırın. Sonra da çalınmış yumurtaya əlavə edin. Bu arada həm də doğranmış qozu əlavə edin. 

Şokoladlı, qozlu piroq (foto resept)

Tort qabına yağlı kağız sərib xəmiri əlavə edin. 

Şokoladlı, qozlu piroq (foto resept)

İndi isə xəmirin üst hissələrinə mətbəx şprisi ilə kremlə naxış vurun.

Şokoladlı, qozlu piroq (foto resept)

180 dərəcədə isidilmiş sobada 35 dəqiqə ərzində bişirin.

Şokoladlı, qozlu piroq (foto resept)

Soyudulmuş biskvitin üzərinə bir qədər şəkər tozu səpin.

Şokoladlı, qozlu piroq (foto resept)

Tam soyuyanda üzərinə meyvələri düzün və nanə yarpaqlarını qoyun.

Şokoladlı, qozlu piroq (foto resept)

Budur, şokoladlı, qozlu piroqumuz hazırdır!

Şokoladlı, qozlu piroq (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

9 noyabr 2014
GO BACK