Qadin.NET / Portağallı dördkünclər (foto resept)

Portağallı dördkünclər (foto resept)

Tərkibi:

200 q "Möcüzə" paket yağı (ərinmiş)

1/2 st. şəkər tozu

1 çimdik duz

270 q ələnmiş un

Üzəri üçün:

4 ədəd yumurta

2/3 st. şəkər tozu  

3 x.q ələnmiş un

1-2 x.q şəkər kirşanı 

3/4 st portağal şirəsi 

1 x.q rəndələnmiş portağal qabığı

Hazırlanması:

Portağallı dördkünclər (foto resept)

Əvvəlcə yağı əridin, bir az soyusun. Sonra şəkər tozu və duzu əlavə edin və unu da əlavə  edib qarışdırın.

Portağallı dördkünclər (foto resept)

Qaba yağlı kağız sərib, qatı xəmiri əlavə edib, əlimizlə düzəldirik.

Portağallı dördkünclər (foto resept)

Sonra xəmiri çəngəllə deşirik və 30 dəqiqəlik soyuducuya qoyuruq. 160 dərəcədə isidilmiş sobada 30 dəqiqə ərzində bişiririk.

Portağallı dördkünclər (foto resept)

Bu ərəfədə üzəri üçün lazım olan qarışımı hazırlayırıq. Yumurta, şəkər tozu və unu mikserlə çalırıq.  

Portağallı dördkünclər (foto resept)

Sonra da portağal şirəsini və qabığını əlavə edib yenə çalırıq.

  Portağallı dördkünclər (foto resept)

Biskvit isti ikən çaldığımız kütləni onun üzərinə əlavə edirik.

Portağallı dördkünclər (foto resept)

Və yenidən biskviti sobaya qoyub 20 dəqiqə bişiririk.

Portağallı dördkünclər (foto resept)

Biskvitimiz hazır olduqdan sonra soyumağa qoyuruq. Sonra da kəsib üzərinə şəkər kirşanı səpirik.

Portağallı dördkünclər (foto resept)

Portağallı dördkünclərimiz hazırdır!

Portağallı dördkünclər (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

23 oktyabr 2014
GO BACK