Qadin.NET / Rəngarəng keks (foto resept)

Rəngarəng keks (foto resept)

Tərkibi:

1 st. ələnmiş un

100 q.şəkər tozu

120  q."Möcüzə" paket yağı

2  ədəd yumurta

1  ç/q qabartma tozu 

1/2 ç/q duz 

1 paket vanilin

10 ədəd  tumsuz qara gavalı 

10 ədəd tumsuz xurma

1/2  st. ananas qurusu

1/2  st. albalı qurusu

1 st. qoz ləpəsi qarışıq (qoz, fındıq, badam və yerfındığı)

100 q. marmalad

Hazırlanması:

Rəngarəng keks (foto resept)

İlk olaraq yağ və şəkər tozu çalınır.

Rəngarəng keks (foto resept)

Sonra yumurta əlavə edirik və yenidən çalınır.

 Rəngarəng keks (foto resept)

Sonra un, duz və qabartma tozu  birlikdə qarışırılır və çalınmış kütləyə əlavə edilir.

Rəngarəng keks (foto resept)

Yaxşıca qaşıqla qarışdırırıq.

Rəngarəng keks (foto resept)

İndi ləpələri və meyvə qurularını doğrayın, və xəmirə əlavə edin. (Amma, yarısını saxlayın  bəzək üçün)

Rəngarəng keks (foto resept)

Keks qabına yağlı kağız sərib, ya da yağlayıb, qatı xəmiri əlavə edirik.

170 dərəcədə isidilmiş sobada hazır olana qədər bişiririk.

Bu ərəfədə marmaladı 3 x.q. su ilə qarışdırırıq, və mikrodalğalı sobada əridirik, yada su hamamında.

 Rəngarəng keks (foto resept)

Soyudulmuş peroqa bir qədər marmelad çəkib üzərinə yuyulmuş, doğranılmış meyvələri və ləpələri düzürük.

İndi isə, ikinci dəfə yenə marmaladı bir az yumşaldın və keksin üzərinə əlavə edin.

 Rəngarəng keks (foto resept)

Bu da kəsilmiş halda, iç görünüşü.

Budur, rəngarəng keksimiz hazırdır!

Rəngarəng keks (foto resept)

Rəngarəng keks (foto resept)

 

Nuş olsun!

(Tərcümə edilib)

22 oktyabr 2014
GO BACK