Qadin.NET / Xaşxaşlı piroq (foto resept)

Xaşxaşlı piroq (foto resept)

Xəmir üçün:

300 q un 

150 q şəkər tozu 

125 q "Möcüzə" paket yağı

1 yumurta 

1 yumurta sarısı

İçlik üçün:

4 yumurta sarısı

400 ml süd 

40 q un 

30 q şəkər 

1 paket şəkərli vanilin

40 q şəkər kirşanı

100 q xaşxaş

Hazırlanması:

Əvvəlcə içliyi hazırlayıb bişirin.

Bunun üçün yumurta sarıları, un və şəkər kirşanını yaxşıca qarışdırın.

Südü şəkərli vanilin və şəkər tozu ilə birlikdə qataraq isidin. Sonra isə yumurta sarısı olan qarışıma qarışdıra-qarışdıra əlavə edin və bu qarışımı da yaxşıca qarışdırın.

Sonra isə içliyi bərkiyənə qədər qarışdıraraq bişirin. 

Üzərini qida sellofanı ilə örtün və qoyun soyusun.

Xaşxaşı üyüdün.

Xaşxaşı soyumuş içliyə əlavə edin.

İndi isə xəmiri yoğurun. Əvvəlcə yağla unu qarışdırın.

Sonra isə yumurta ilə yumurta sarısını əlavə edib qarışdırın.

Yenidən un əlavə edərək şəkildəki kimi xəmir yoğurun.

Xəmirdən bir qədər ayırın. Digər hissəsini isə dərin qaba elə yayaraq qoyun ki, xəmir qabın kənarlarından çölə çıxsın (şəkildəki kimi). İçliyi xəmirin üzərinə boşaldın və üzərini hamarlayın ki, içlik hər tərəfə bərabər miqdarda yayılsın. 

Ayırdığınız xəmiri yayın və içliyin üzərindən qoyun. Sonra isə oxlovla üzərindən (şəkildəki kimi) gedin ki, kənarları açılmasın.

Xəmirin üzərini ürəyiniz istəyən kimi bəzəyə bilərsiniz.

 

Piroq 160 dərəcə qızdırılmış sobada 40 dəqiqə ərzində bişir. Süfrəyə verməmişdən əvvəl piroqu tamamilə soyudun. 

Xaşxaşlı piroq (foto resept)

Nuş olsun!

28 avqust 2014
GO BACK