Qadin.NET / Şirin bolqar çörəyi (foto resept)

Şirin bolqar çörəyi (foto resept)

Şirin bolqar çörəyi (foto resept)

  Tərkibi:

15 q yaş maya (quru maya da ola bilər)

125 ml isti süd

125 ml isti su

125 q şəkər tozu

2 ədəd yumurta

100 q "Wellington" kərə yağı

2 x.q portağal suyu

600-700 q un (apardığı qədər də olar)

150 q kişmiş

 

Üzəri üçün:

1 ədəd yumurta

 2 x.q şəkər tozu

 

Hazırlanması:

Şirin bolqar çörəyi (foto resept)

Bir qaba südü, suyu, şəkər tozunun yarısını və mayanı qarışdırıb qalxana qədər 10-15 dəqiqə gözlədirik.

Şirin bolqar çörəyi (foto resept)
Qarışımın üzərinə yumurtanı, yağı, portağalın suyunu, kişmişi və qalan şəkər tozunu əlavə edərək qarışdırırıq.
Şirin bolqar çörəyi (foto resept)
Sonda unu əlavə edib yaxşı-yaxşı qarışdırırıq və yumşaq xəmir əldə edirik. Biraz bərk də ola bilər - bu xəmir normaldır.
Şirin bolqar çörəyi (foto resept)
Hazırladığımız xəmiri bir qaba qoyuruq və üstünü bastırırıq. 2 saat isti yerdə saxlayırıq.
Şirin bolqar çörəyi (foto resept)
2 saat keçdikdən sonra xəmiri əlimizlə bir daha yoğurub 10 dəqiqə gözlədirik.
Şirin bolqar çörəyi (foto resept)
Kündəni iki yerə bölürük.
Şirin bolqar çörəyi (foto resept)

Bu şəkildəki kimi xəmiri əlinizlə uzun yayın. İstəsəniz, 3 yaxud 4 yerə kəsə bilərsiniz. Şəkildəki kimi xəmiri hörün.

Şirin bolqar çörəyi (foto resept)

Kündə hazır şəklə gəldikdən sonra üzərinə yumurtanı çəkərək və şəkər tozu səpərək listə yerləşdiririk.

Şirin bolqar çörəyi (foto resept)
Budur, şirin çörəyimiz hazırdır.

Nuş olsun!

 (Tərcümə edilib)

 

 



24 aprel 2014
GO BACK