Qadin.NET / Ətlibura (foto resept)

Ətlibura (foto resept)

Xəmiri üçün: 

1 kq un
 3 ədəd yumurta
 250 q "Wellington" kərə yağ
 1 stəkan süd
 2 x.q xama
1/2 ç.q quru maya

 

İçlik üçün: 

0,5 kq yumşaq dana əti

2 x.q zoğal axtası

Bir baş soğan

Duz

Sarıkök

1 x.q "Wellington" kərə yağı

Yağlanması üçün "Wellington" kərə yağı

Qızardılması üçün duru yağ

 

Üzəri üçün:

Sumaq və şəkər pudrası

 

Hazırlanması: 

Xəmirimiz gəldikdən sonra kündələrə ayırıb lavaşlar yayırıq.

Ətlibura (foto resept)

Sonra hər qatını yağlayaraq 4 lavaşdan sonra dar zolaqlar kəsirik.

Ətlibura (foto resept)

Zolaqları yumrulayaraq toplar düzəldirik.

Ətlibura (foto resept)
 Bunları etməmişdən öncə ətimizi və soğanı ətçəkən maşından tavaya çəkirik və qovrulmağa qoyuruq. Qovrulan zaman zoğal axtasını da maşından çəkirik. Ət bişəndə yağı, duzu, sarıkökü əlavə edirik və çəkdiyimiz axtanı da əlavə edərək qazı söndürürük. Yalnız soyuyandan sonra istifadə etmək olar.
Ətlibura (foto resept)

Həmin topları yayırıq və ətdən bir qaşıq qoyuruq.

Ətlibura (foto resept)

Ətrafını bərk basaraq şəkildəki kimi naxış vururuq və 180-200 dərəcədə bişməyə qoyuruq.

Ətlibura (foto resept)

Üzəri azca çəhrayı olan kimi götürürük. Əsas odur ki, alt hissəsi bişsin.

Ətlibura (foto resept)

Soyuduqdan sonra balaca qabda şəkər pudrasını və sumağı qarışdırırıq. Yaxşı olar ki, qarışığı ələyə əlavə edib kənarda saxlayasınız.

Ətlibura (foto resept)
Balaca qaba yağımızı əlavə edirik və qızmağa qoyuruq.
Ətlibura (foto resept)
Ətliburalarımızın hər iki tərəfini qızardırıq.
Ətlibura (foto resept)
Dərhal yağdan çıxardığımız zaman üzərinə pudralı qarışığı ələyirik. Qurusa, pudra üzərinə yapışmayacaq.
Ətlibura (foto resept)

Budur, ətliburamız hazırdır.

Ətlibura (foto resept)

Nuş olsun!

22 aprel 2014
GO BACK