Qadin.NET / Rəngarəng rulet (foto resept)

Rəngarəng rulet (foto resept)

Tərkibi:

3 ədəd yumurta

1 stəkan şəkər tozu

2 stəkan un

Bir paket qabartma tozu

 Vanil

Qida boyaları

4 xörək qaşığı su

Krem üçün:

Yarım banka qatılaşdırılmış süd

100 qram "Welington" kərə yağı

Şokolad

Hazırlanması:

Əvvəlcə yumurtanı sarısından ayırırıq və mikserlə çoxlu çalırıq.

Rəngarəng rulet (foto resept)

Sonra şəkər tozunu az-az əlavə edərək yenidən çalırıq, beze halına gəldikdə sarılarını da qatıb yüngülcə qarışdırırıq.

Rəngarəng rulet (foto resept)

4 kasada qida boyasını su ilə həll edirik, alınan xəmirimizə un və qabartma tozunu da əlavə edib azca qarışdırırıq.

Rəngarəng rulet (foto resept)

Alınan xəmiri hər kasaya eyni miqdarda əlavə edib qarışdırırıq.

Rəngarəng rulet (foto resept)

Sonra falqa kağızı sərilmiş listə hər rəngdən qaşıqla şəkildəki kimi dar zolaqlar çəkirik.

Rəngarəng rulet (foto resept)

180-200 dərəcədə bişiririk və isti-isti dərhal kağızdan çıxarırıq, dəsmalla rulet formasında bükürük.

Rəngarəng rulet (foto resept)

Plitka şokoladı buxarda əridirik, kremimizə ilıq halda əlavə edirik.

Rəngarəng rulet (foto resept)

Ruletimiz soyuduqdan sonra açaraq düz üzünə kremi çəkirik.

Rəngarəng rulet (foto resept)

Yenidən bükərək rulet formasına salırıq.

Rəngarəng rulet (foto resept)

Bükərkən ruleti hər bir dilimini bir rəngdə ya da qarışıq bükə bilərsiniz.

Rəngarəng rulet (foto resept)

Ruletimiz hazırdır. 

Rəngarəng rulet (foto resept)

Nuş olsun!

15 aprel 2014
GO BACK