Qadin.NET / Quba tıxması (foto resept)

Quba tıxması (foto resept)

Lazım olan ərzaqlar:

Xəmiri üçün:

1 yumurta

Bir cimdik duz

1 çay qaşığı maya

100 qram "Welington" kərə yağı

İsti süd

Təxmini iki kasa un

İçlik üçün:

Yumurta sarısı

1 stəkan "Welington" ərinmiş kərə yağı

 2 stəkan şəkər tozu (çox şirin istəsəniz, 3 stəkan götürün)

Un

Hazırlanması:

Bunları qarışdıraraq xəmir yoğururuq və axırda ərinmiş yağı əlavə edib yenə yoğururuq, xəmir hazır olduqdan sonra üzərinə sellofan sərib gəlməyə qoyuruq. Xəmir gələnə qədər içliyi hazırlayaq.

İçliyin ərzaqlarını qarışdırdıqdan sonra un əlavə edərək ovuntu halına salın. Fikir verin ki, ovuntu nə çox quru, nə də çox yumşaq olmasın.

Quba tıxması (foto resept)

Xəmiri gəldikdən sonra götürüb kündələrə ayırırsınız. Kündələri yayaraq lavaş edib, 4-5 lavaş üst-üstə atıb kərə və ya marqarin yağı ilə aralarını yağlayırsınız. Sonra onu dar zolaqlar formasında kəsib, mütəkkə kimi bükürsünüz.

Quba tıxması (foto resept)

Xəmirin hamısını qurtaranadək elədiyiniz mütəkkələrin üzərini sellofan ilə örtüb soyuq yerə qoyun ki, siz xəmirin hamısın qurtaranadək mütəkkələr daha da şişməsin. Hamısını qurtardıqdan sonra mütəkkəni əlinizin baş barmağı ilə içini oyursuz və çuxur edirsiniz.

Quba tıxması (foto resept)

Həmin çuxura hazırladığınız içlikdən 1 xörək qaşığı dolu qoyub, ağzını möhkəm bükürsünüz ki, açılmasın.

Quba tıxması (foto resept)

Sonra bükdüyünüz xəmirləri əl ilə ya da oxlov ilə barmaq qalınlığında qalana qədər yayırıq.

Quba tıxması (foto resept)

Üzərini belə bir alətlə basaraq bəzəyirsiniz.

Quba tıxması (foto resept)
Quba tıxması (foto resept)

Üstünə yumurta çəkib 250-300 dərəcədə bişməyə qoyursunuz.

Quba tıxması (foto resept)

Tıxmamız hazırdır.

Quba tıxması (foto resept)

Nuş olsun.

17 yanvar 2014
GO BACK