Qadin.NET / Fransız şirniyyatı (foto resept)

Fransız şirniyyatı (foto resept)

Fransız şirniyyatı (foto resept)

Tərkibi:

1 qutu hazır profiterol toz qarışığı

2 ədəd yumurta

4-5 xörək qaşığı su (50ml)

25 ml (2-3 xörək qaşığı) süd

50 ml (4-5 xörək qaşığı) "Zeytun Bağları" zeytun yağı

Şokoladlı sous üçün:

1 paket profiterol şokolad tozunun yarısı (bütöv əlavə edilsə xəmirə görə şokolad sousu artıq qalır)

1,5 st süd

0,5 st şəkər tozu

Krem üçün:

1 paket profiiterol krem tozunun yarısı

1,5 st soyuducuda saxlanılmış soyuq süd

(Qeyd edim ki, bu paketin içində ayrı-ayrılıqda xəmirin, şokoladlı sousun və kremin tozu var)

Hazırlanması:

1 paket profiterol xəmir tozunu boşqaba boşaldırıq.

Fransız şirniyyatı (foto resept)

Üzərinə 2 ədəd yumurtanı əlavə edirik.

Fransız şirniyyatı (foto resept)

Sonra qarışığa 4-5 xörək qaşığı su əlavə edirik.

Fransız şirniyyatı (foto resept)

Və yenidən ora 2-3 xörək qaşığı süd əlavə edirik.

Fransız şirniyyatı (foto resept)

Və sonda 4-5 xörək qaşığı duru yağ əlavə edirik.

Fransız şirniyyatı (foto resept)

Mikserlə 3-5 dəqiqə aramla çalırıq.

Fransız şirniyyatı (foto resept)
Fransız şirniyyatı (foto resept)

Alınmış sıyıq xəmiri şprisə doldurub, əvvəlcədən qızdırılmış soba listinə kalka kağızının üzərinə ara məsafələri saxlamaqla sıxırıq. Təxminən 25-30 dəqiqə, 180 dərəcədə üzəri azca qizarana kimi bişiririk.

Fransız şirniyyatı (foto resept)
Fransız şirniyyatı (foto resept)

Xəmirimiz bişənə qədər şokoladlı sousumuzu hazırlayırıq. 1,5 südü tavaya töküb üzərinə 0,5 paket şokolad tozunu südə əlavə edib, üzərinə 0,5 st şəkər tozu töküb vam odda qarışdırırq. Qaynamağa başlarkən oddan götürüb tam soyuduruq.

Fransız şirniyyatı (foto resept)
Fransız şirniyyatı (foto resept)

Və sonda kremimizi hazırlayırıq. Yenidən 1 paket krem tozunun yarısını 1,5 st südün üzərinə töküb, mikserlə çalıb krem halına gətiririk.

Fransız şirniyyatı (foto resept)
Fransız şirniyyatı (foto resept)
Fransız şirniyyatı (foto resept)

Bişmiş profiterollarımız tam soyuduqdan sonra hər birinin içinə təxminən 1çay qaşığı krem qoyuruq.

Fransız şirniyyatı (foto resept)

Tam soyudulmuş şokoladlı sousumuza batırırıq.

Fransız şirniyyatı (foto resept)
Fransız şirniyyatı (foto resept)
Fransız şirniyyatı (foto resept)
Zövqə görə şəkər kirşanı da əlavə edə bilərsiz.

Nuş olsun.

18 avqust 2013
GO BACK