Ərzaq:
1 su stəkanı duru yağ
1 su stəkanı
yarım su stəkanı qatıq
1 su stəkanı mannı
1 yumurta
yarım paket yumuşaldılmış marqarin
1 paket qabartma tozu
1 paket vanel
1 yemek qaşığı sirkə
bir az Azərduz yodlu narın xörək duzu
aldığı qədər un
üstünə düzmək üçün qoz və ya badam
Şərbəti:
3 su stəkanı su
2.5 su stəkanı şəkər
yarım limonun suyu.
Hazırlanması:
Əvvəlcə şərbəti üçün lazım olan ərzağı qazana töküb qaynadırıq. Xəmiri un, qabartma tozu və vanel xaric qalan ərzağı tököb qarışdırırıq. Sonra unu, vaneli, qabartma tozunu da əlavə edib orta yumuşaqlıqda xəmir yoğururuq. Xəmiri 2 yerə bölürük. Bir hissəsini oxlovla 3-4 m qalınlıqda yayırıq. Balaca armudu stəkanla kəsirik. Kəsdiyimiz yumrulardan 5 dənəsini üst üstə düzürük,
sonra ortadan ikiyə bölürük. Gül şəkilli şirniyyat bişməyə hazırdır. Tavaya düzürük və sobada (dxovkada) azca qızarana qədər bişiririk. Sobadan çıxardıqdan sonra üstünə əvvəlcədən hazırladığımız şərbəti tökürük. əsas fikir vermək lazımdır ki, şərbət soyuq şirniyyat isti və ya şirniyyat isti şərbət soyuq olmalıdır. Hər ikisi soyuq olarsa şirniyyat şərbəti özünə çəkməz və quru qalar. Şirniyatın şərbəti özünə yaxşı çəkməsi üçün şərbəti tökdükdən sonra üstünə başqa bir tavayla və ya tam örtəcək şəkildə bir qabla örtmək lazımdır.
NUŞ OLSUN!