Tərkibi
Xəmir üçün:
250 ml isti süd
1,5 ç. q maya
2 ədəd yumurta
3-5 x.q şəkər tozu
0,5 ç.q "Azərduz" yodlu narın xörək duzu
2 x.q su
2 x.q "Wellington" əridilmiş kərə yağı
2 x.q duru yağ
Apardığı qədər un (təxmini 500 qr)
Xaş-xaş içliyi üçün:
150 qr xaş-xaş
3-5 x. q şəkər tozu
120 ml süd (0.5 stəkan)
20 qr "Wellington" kərə yağı
Qoz içliyi üçün:
200 qr çəkilmiş qoz ləpəsi
150 qr şəkər tozu
5 x. q süd
1 ədəd yumurtanın ağı
Üzəri üçün:
1 ədəd yumurtanın sarısı
0,5 ç.q şəkər tozu
1 ç. q süd
Hazırlanması:
Əvvəl isti südə su, maya, şəkər tozu və duzu töküb, bunlar əriyənədək qarışdırırıq. Daha sonra yumurtanı, duru yağı, kərə yağını əlavə edib bir daha qarışdırırıq.
Sonra az-az un töküb, ələ yapışmayan yumşaq bir xəmir yoğururuq və üstünü örtüb isti bir yerə qoyuruq.
Xaş-xaş içliyi üçün südü qaynar vəziyyətə gətiririk, buna şəkər tozu əlavə edib əriyənədək qarışdırırıq. Sonra az bir miqdarda xaş-xaş əlavə edirik. Qarışdıra-qarışdıra 2-3 dəqiqə qaynadırıq (əgər alınan kütlə suludursa, manna yarması əlavə edin). Sonda yağ əlavə edib qarışdırırıq və oddan götürüb soyumağa qoyuruq.
Qoz içliyi üçün isti süddə şəkər tozunu əridirik, sonra çəkilmiş qozu əlavə edib qarışdırırıq.
Soyuduqdan sonra yumurtanın ağını beze halına gətiririk və qoz içliyinə əlavə edib yaxşıca qarışdırırıq.
Xəmir hazır olandan sonra eyni ölçüdə iki kündə edirik.