Qadin.NET / Fərqli çizkeyk (foto-resept)

Fərqli çizkeyk (foto-resept)

Xəmirin tərkibi:

230 qr un

110 qr kərə yağı

1 ç.q qabartma tozu

1 ç.q kakao

2 x.q şəkər pudrası

2 x.q süd

 

İçlik:

500 qr.pendir

2 ədəd yumurta

150 qram şəkər pudrası

1 x.q qarğıdalı nişastası

1 x.q vanil

1 x.q sürtgəcdən keçirilmiş limon qabığı

 

Əvvəlcədən sobanı 175 C  qızdırırıq. Tavaya duru yağ çəkib üzərindən un səpirik. Bir  böyük qaba unu, qabartma tozunu, daha sonra yağı, kakaonu, şəkəri və südü əlavə edib yaxşıca qarışdırırıq və xəmir halına gətiririk. 


Fərqli çizkeyk (foto-resept)

 

Xəmiri yumrulayıb ən azı  30 dəqiqəliyə soyuducuya qoyuruq, daha yaxşı olar ki, 1-2 saatlıq buzxanaya qoyulsun. (Xəmir daha quru olmalıdır ki, sürtgəcdən rahat keçsin) 


Fərqli çizkeyk (foto-resept) 

  Yağlı pendiri, yumurtanın sarısını,  limon qabığını, vanili,  qarğıdalı nişastasını   2 dəqiqəyə kimi çalırıq. 


Fərqli çizkeyk (foto-resept)

 

Bir ayrı qabda yumurtanın ağını yaxşıca çalıb beze halına gətiririk.


Fərqli çizkeyk (foto-resept)

 

Alınan bezeni əvvəlki kütləyə qatırıq (pendir, yumurta sarısı, limon, qarğıdalı nişastasına)


Fərqli çizkeyk (foto-resept)

 

Xəmiri soyuducudan çıxarırıq,  iki yerə bölüb hər ikisini ayrı-ayrılıqda sürtgəcdən keçiririk.


Fərqli çizkeyk (foto-resept)

 

Sürtgəcdən keçirdiyimiz bir hissəni tavaya tökürük, sonra alınan kütləni xəmirin üstünə şəkildə gördüyünüz formada tökürük.

 

Fərqli çizkeyk (foto-resept)

 

Üzərinə qalan sürtgəcdən keçirilmiş xəmiri əlavə edib sobaya qoyuruq.


Fərqli çizkeyk (foto-resept)
 

40-45 dəqiqə ərzində çizkeyk bişir.

 

 Fərqli çizkeyk (foto-resept)

Fərqli çizkeyk (foto-resept)

 

Nuş olsun! 


19 yanvar 2013
GO BACK