Tərkibi:
2 ədəd orta boy yumurta
140 qram qəhvəyi şəkər
125 qram kərə yağı (otaq istiliyində)
1,5 ədəd banan (180 qram)
1,5 ç/q darçın tozu
1 y/q bal
225 qram kəpəkli un
1 aket qabartma tozu
Hazırlanması:
Bananı, 1 yemək qaşığı balı və darçını çəngəllə bir yerdə əzin.
Kərə yağı və şəkəri mikserlə 2-3 dəqiqə çırpın.
Çəngəllə çırpdığınız yumurtaları içinə əlavə edib çırpmağa davam edin.
Bananı da əlavə edərək qarışdırmağa davam edin.
Kəpəkli un və qavartma tozunu əlavə edib 1 dəqiqə daha qarışdırın.
Qəlibi yağlayıb unlayın. Keks qarışımını içinə tökün və 180 dərəcə əvvəlcədən isidilmiş sobada təxminən 40 dəqiqə bişirin.
Bişən keksi 10 dəqiqə saxlayıb, sonra tərs çevirin.