Qadin.NET / Nutellalı Poğaça (foto-resept)

Nutellalı Poğaça (foto-resept)

 

Tərkibi:

500 qram un

125 qram kərə yağı

150 ml süd

2 ədəd yumurta

50 qram toz şəkər

20 qram yaş maya

12 qram duz

300 qram nutella

 

Hazırlanması:

Mayanı südün bir hissəsi ilə birlikdə əridin.

Unu dərin kasaya əlavə edərək ortasında çuxur açın. Unun içinə duz, şəkər, yumurtaları, süd maya və kərə yağını əlavə edərək yoğurun.

Xəmir qabdan ayrıldıqda təzgaha qoyun və şəkildəki kimi rulo hazırlayın.

 

Nutellalı Poğaça (foto-resept)

 

9 bərabər hissəyə bölün. (istəyə görə daha çox hissəyə bölə bilərsiniz)

Üstünə streç örtərək 10 dəqiqə gözləyin.

Şəkildəki ortalarını baş barmağınız ilə açın və nutelladan 1 qaşıq qədər qoyun. Uclarını birləşdirərək ağzını örtün.

Tərs çevirərək yağlanmış soba listinə 3 sm ara ilə düzün və üstlərinə 1 ədəd çırpılmış yumurta sarısını çəkin.

200 dərəcə əvvəlcədən isidilmiş sobanın qapağı açıq olaraq 5 dəqiqə mayalayın.

Soba qapağını örtərərək 200 dərəcə sobada 15 dəqiqə bişirin. İsti servis edin.

Nutellalı Poğaça (foto-resept)

 

 

20 aprel 2020
GO BACK