Tərkibi:
230 qram otaq istiliyində kərə yağı
110 qram pudra şəkəri (1 st)
1 ədəd yumurta +1 ədəd yumurta sarısı
4 su st un (450 qram)
1 ç/q vanil aroması
ağ şəkər xəmiri
sarı, çəhrayı, mavi qida boyası
Hazırlanması:
Otaq istiliyində çırpma qabına qoyun və 1 dəqiqə qədər yüksək sürətlə çırpın.
Çırpma qabına pudra şəkərini və otaq istiliyində kərə yağını əlavə edərək 1 dəqiqə daha çırpın.
1 yumurta, 1 yumurtanın sarısı və vanili əlavə edib, qarışana qədər çırpın.
Qarışım hazır olana qədər az-az (1 su stəkana unu əlavə edib qarışdırın, bütün unu əlavə edib bitənə qədər eyni prossesi təkrarlayın) unu əlavə edin.
Bütün un bitəndə 1 dəqiqə yenidən qarışdırın. Bu mərhələdə xəmir sizə sıyıq gələ bilər, amma un əlavə etməyin.
Hazırladığınız xəmiri 2 hissəyə bölün və streç film ilə sarıyaraq soyuducuda ən az 30-40 dəqiqə saxlayın.
Xəmiri unladığınız təzgaha qoyun, 1 sm qalınlığında açın. (açarkən çətinlik yaşasanız, oxlonu xəfif unlayın)
Açdığınız xəmiri biskuvit qəlibləri ilə kəsin, hər birinə çöp şiş soxun, yağlı kağız sərilmiş soba listinə qoyun.
160 dərəcədə əvvəlcədən isidilmiş sobada 15 dəqiqə yanları xəfif qızarana qədər bişirin. Sobadan çıxararkən biraz yumşaq olacaq. Soyumağa qoyun.
Biskuvitlər soyuyarkən şəkər xəmirinə xəfif nişasta və ya pudra şəkəri sərdiyiniz yerdə açın.
Biskuvitlərə bal çəkin və ağ şəkər xəmirini yapışdırın.
Sarı boya ilə rəngləndirdiyiniz şəkər xəmirini kibrit çöpü qalınlığında rulet kimi bükün. Xəmiri ikiyə qatlayın və buynuzu hazırlamaq üçün dolayın.
İstifadə edəcəyiniz böyüklükdə kəsin və yenə bal köməyi ilə xəmirə yapışdırın.
Qulaqlar üçün ağ xəmirdən parçalar qoparın, əlinizdə kiçik oval formalar verin. Buynuzun yanlarına bal köməyi ilə yapışdırın, bir kürdan ilə basdıraraq son formanı verin.
Çəhrayı və mavi rəngləndirdiyiniz şəkər xəmirlərindən kiçik parçalar qoparın, silikon gül qəlibləri ilə forma verin, şəkildəki yerlərinə bal köməyi ilə yapışdırın.
Biskuvitləri 1 gün ərzində qurumağa qoyun. Şəkər xəmiri sərtləşəndə paketləyin və ya servis edin.