Qadin.NET / Ananaslı piroq (foto resept)

Ananaslı piroq (foto resept)

 Ananaslı piroq (foto resept) 

 Lazımi ərzaqlar:

100 ml. qaymaq

325 q. şəkər tozu

250 q. badam ləpəsi (yarpaq şəklində doğranmış)

200 q. kərə yağı

1 paket vanil

1 çimdik duz

5 yumurta

350 q. un

1 paket qabartma tozu

4 x.q. süd

1 banka konservləşdirilmiş ananas

 Hazırlanması: 

 Badamı yarpaq şəklində doğrayırıq. 

Ananaslı piroq (foto resept) 

Bir qaba 75 q. şəkər tozunu, qaymağı, badamı töküb, şəkər əriyənədək qaynadırıq. 

Şəkər əriyəndən sonra qırağa çəkib soyumağa buraxırıq. 

 

Ananaslı piroq (foto resept) 

Sobamızı 170 dərəcədə isidirik. 
 Digər tərəfdə 250 q. şəkər tozunu, otaq temperaturunda əridilmiş yağı, duzu, vanili bir yerdə əzirik. Sonra üstünə yumurtanı əlavə edib, krem halını alanadək mikserlə çalırıq. 

Ananaslı piroq (foto resept) 

Unu qabartma tozuyla ələkdən keçiririk, sonra südlə birlikdə krem halına saldığımız kütlənin üzərinə töküb, qaşıqla qarışdırırıq. 

 Ananaslı piroq (foto resept)  
Ananasları süzgəcə qoyub suyunu süzürük və ya mətbəx salfeti ilə suyunu çəkirik. Suyunu çəkdikdən sonra ananaslarımızı xırda-xırda doğrayırıq. 
 Yağlanmış qaba hazırladığımız xəmiri töküb, doğranmış ananasları üzərinə düzürük. 

Ananaslı piroq (foto resept)

Ananasları düzdükdən sonra qaymaqlı qarışığı üstünə yayıb, qoyuruq sobamıza. 
Ananaslı piroq (foto resept)  
 40 dəq. dən sonra piroqumuz hazırdır. 
Ananaslı piroq (foto resept) 
Bir az soyuduqdan sonra istəsəniz şəkər pudrası ilə bəzəyə bilərsiniz. 
Ananaslı piroq (foto resept) 

Nuş olsun!
11 noyabr 2011
GO BACK