Tərkibi:
2/3 st toz şəkər
3 y/q duzsuz kərə yağı
3 y/q krem
bir çimdik duz
1/3 fincan qatılaşdırılmış
3 böyük yumurta ağı
yarım ç/q vanil
yarım su st hindistan qozu tozu
Hazırlanması
Orta boy qazana 3 yemək qaşığı su əlavə edin və içinə şəkəri qoyun.
Şəkər həll olmağa başlayana qədər qarışımı yaxşıca qarışdırın.
Qarışım karamelləşməyə başlayana qədər orta dərəcədə bişirməyə davam edin.
Karamel açıq sarı olana qədər bişirməyə davam edin və qazanı ocağın üstündən götürün və biraz daha tündləşənə qədər 15-30 saniyə qarışdırmağa davam edin.
Kərə yağı və kremi də qarışımın içinə əlavə edin və qarışdırmağa davam edin.
Son olaraq duzu da əlavə edin və 10 dəqiqə qədər soyumağa qoyun.
Bu nöqtədə sobanı 180 dərəcəyə gətirin və hər iki soba listinə yağlı kağız sərin.
Soyudulmuş karamel sousundan 1/3 stəkan qədər geniş qaba tökün, qalanını saxlayın.
Qatılaşdırılmış südü, yumurta ağını və vanili kasaya tökdüyünüz karamelin içinə əlavə edin və yaxşı çırpın.
Son olaraq, hindistan qozunu da əlavə edin, qarışdırın.
Qarışımı sıxma torbasına əlavə edin və listlərə yayın.
Qalan karameli hər bir makaronun üstünə yerləşdirin. (təxminən yarım çay qaşığı)
Makaronları 15-18 dəqiqə kənarları qızılı rənginə gələnə qədər bişirin.