Tərkibi:
1 ədəd balıq
1 dilim çörək
1 st süd
2 st şam fındığı və ya qoz ləpəsi
1 st zeytun
1 ədəd limon
2-3 ədəd kiçik pomidor
Duz, istiot
Zövqə görə ədviyyatlardan istifadə etmək olar
İstənilən yaşıllıq
Zövqünüzə uyğun içliyə əlavələr etmək olar
Hazırlanması:
Əvvəlcə balıq təmizlənılır təmiz yuyulub kağız salfetlə qurudulur.
Balığın başını bədənindən kəsib ayırırıq.
Ehtiyatla dərisini şəkildəki kimi ətdən ayırırıq.
Quyruq hissəsini gördüyünüz kimi kəsirik.
İndi isə ətini sümüyündən ayırırıq.
Balığın ətini ət maşınından keçiririk.
Üzərinə çəkilmiş qoz, soğan, süddə isladılmış çörək dilimi, duz, istiot əlavə edilib yaxşı qarışdırılır.
Zövqünüzə uyğun əlavələr edə bilərsiz istəyə görə hazırlamaq olar.
Balığın dərisi iynə sapla tikilir.
Hazır içlik balığın dərisinin içinə doldurulur.
Balığın başı bədəninə birləşdirərək tikilir.
Hazır balığı folqa sərilmış listə qoyub üzərinə azca bitki yağı gəzdirib 180 dərəcədə hazır olana qədər sobada bişirilir.
Bəzək üşün balaca pamıdorun qabığını çox iti bıçaqla şəkildəki kimi soyulur və gül şəkli verilir.
Limon dilimini ikiyə bölüb çox nazik dilimlənərək gül forması verilir.
Balığımız hazırdır .
Nuş olsun!
( tərcümə edilib )