Tərkibi:
500 qr yağlı ət
4-5 ədəd pomidor
4-5 ədəd badımcan
4-5 ədəd bibər
6-7 ədəd kartof
4-5 ədəd kələm yarpağı
2-3 ədəd soğan
2 ədəd kök
1 st. noxud
3 x/q düyü
4-5 diş sarımsaq
Göyərti
"Best Cow" kərə yağı
Duz, istiot
Zövqə görə istənilən ədviyyat vurmaq olar
Zövgə görə acı bibər
(Bütün ərzaqlar adambaşına götürülür və orta böyüklüyündə olmalıdır)
Hazırlanması:
Ət doğranılıb maşından keçirilir, əgər ət yağsız olarsa 2-3 ədəd soğanı 4-5 diş sarımsaqla yağda qovurub ətlə birlikdə maşından keçiririk.
Düyünü suda bişirib süzürük, soyuduqdan sonra çəkilmiş ətə qatırıq.
Çəkilmiş ətə duz, istiot, zövqə görə ədviyyatlar qatıb yaxşı qarışdırırıq.
Badımcanın içlik qoymaq üçün ortası oyulur, duzlu suda saxlayıb acısı çıxarılır və təmiz su ilə yuyulub qurudulur.
Pomidorun içi ehtiyatla çıxarılır, bibərlər təmizlənilir.
Bütün tərəvəzlər hazır olduqda içliklə doldurulur.
Noxud bir gün qabaq soyuq suya qoyulur.
Kök xırda doğranılır.
Soğan nazık döğranılır.
Pomidorun içliyi doğranılır, əlavə 2-3 ədəd qırmızı pomidorun da qabığı soyulub xırda doğranılaraq əlavə edilir və ya "Bizim Tarla" tomat pastası əlavə etmək olar.
Göyərti doğranılır.
Kartof soyulur, istəyə görə kartofun ortası oyularaq içlikdən qoymaq olar.
Bütün ərzaqlar tam hazır olduqda başlaya bilərik.
Əvvəlcə sousu hazırlayırıq soğan, kök yağda qovrulub üzərinə doğranmış pomidor əlavə edilir,
duz, istiot əlavə edilib hazır olana qədər bişirilir və bir qaba yığılır.
Bişirəcəyimiz qazana və ya sac da ola bilər əvvəlcə kartof, kələm, bibər, badımcan, pomidor düzülüb üzərinə noxud, sarımsaq, acı bibər yığılır.
Hazırladığımız sousun üzərinə hərtərəfli əlavə edirik.
Sonda göyərtini hərtərəfli səpirik.
Qazanın yarısına qədər su, duz, istiot əlavə edirik qazanın qapağı bağlanaraq zəif od üzərində hazır olana qədər bişiririk.
2-3 saata yemək hazır olmalıdır.
Tərəvəzli dolmamız hazırdır.
Nuş olsun!
(tərcümə edilib)