Tərkibi:
6 ədəd kartof
1 toyuğun döş əti
8 ədəd yumurta
0,5 st. qoz
2 ədəd soğan
1 ədəd xiyar
1 ədəd yerkökü
1 ədəd çuğundur
göyərti
nar
mayonez
sirkə
duz
Hazırlanması:
Duzlu suda toyuq ətini bişirin, sonra xırda-xırda doğrayın.
Soğanı təmizləyib xırda-xırda doğrayın, sirkədə 20 dəqiqə saxlayın.
Qozu blenderdə xırdalayın.
Kartofu, çuğunduru, yumurtaları bişirib soyudun. Yumurtanın üçünü ayırın, həmçinin bunların ağını da sarısından ayırın. Digər ərzaqları sürtgəcin iri gözündən ayrı-ayrılıqda keçirin (çuğunduru isə xırda gözdən keçirin).
Bir sini götürüb üzərinə qida plyonkası çəkin. Üzərinə kartofu döşəyin. Azca duz vurub mayonez çəkin.
İkinci lay - toyuq ətidir. Onu da hamar şəkildə döşəyin. Üzərinə mayonez çəkin.
Üstünə sirkədə marinə etdiyiniz soğanı suyunu süzüb döşəyin.
Sürtgəcdən keçirilmiş yumurtanı döşəyin. Üzərinə mayonez çəkin.
Qoz səpib mayonez çəkin.
Nar dənələrini səpin.
Rulet kimi büküb soyuducuda 1,5 saat saxlayın.
Bərkiyəndən sonra üzərindəki qida plyonkasını çıxarın.
Ruletin hər tərəfinə mayonez çəkin.
Ayırdığınız 3 yumurta ağı və sarısını ayrılıqda sürtgəcdən keçirin.
Ruletin yanlarına sürtgəcdən keçirilmiş yumurta ağını çəkin.
Üzərinə isə diaqonal üzrə sürtgəcdən keçirilmiş çuğundur, xırdalanmış göyərti, xırdalanmış təzə xiyar, yenidən çuğundur və s. olmaqla növbələyərək döşəyib bəzəyin.
Ruletin olduğu sininin içərisində isə partlamış fişəngin imitasiyasını yaradın: bişmiş yerkökü və çuğundurdan ulduzlar, dairələr kəsin, sürtgəcdən keçirilmiş yumurta sarısı ilə qarışdırın.
Nuş olsun!